“Azərbaycan 2019-ci ildə də strateji xarici siyasətini davam etdirəcək”
4 Yanvar 2019 15:20 Siyasət"Ümidvaram ki, 2019-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm addımlar atılacaq. Çünki Ermənistan bu addımları atmaq məcburiyyətindədir".
Bu fikirləri millət vəkili Asim Mollazadə deyib.
O bildirib ki, əgər 2019-ci ildə Ermənistan problemin həlli istiqamətində konstruktiv mövqeyə gəlməsə, öz müstəqilliyini bərpa edə bilməyəcək və vəziyyəti daha da ağır olacaq.
Azərbaycanın 2019-ci ildə də strateji xarici siyasətini davam etdirəcəyini deyən A. Mollazadə deyib ki, bu siyasətin əsas prinsipini ölkələr arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmaq, inkişaf təşkil edir: "Hesab edirəm ki, cari ildə də bu prinsip əsas götürülərək, digər ölkələrlə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq sistemini davam etdirəcək".
SİA