“Bu, Ermənistanın uduzması demək idi” – Azər Badamov

“2018-ci il Azərbaycan üçün çox uğurlu olub. Bu nailiyyətlər həm iqtisadi sferanı əhatə edib, həm də dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin siyasi və iqtisadi mənzərəsini geniş şəkildə şərh etdi. Ölkə başçısının qeyd etdiyi kimi, iqtisadiyyatımıza 10 milyard dollardan çox sərmayə qoyulub, eləcə də insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilib. Bu uğurların təməlində ölkə başçısının apardığı düşünülmüş iqtisadi-siyasət dayanır”. Bu sözləri Milli Məclisin deputatı Azər Badamov deyib.

"2018-ci il Azərbaycan üçün çox uğurlu olub. Bu nailiyyətlər həm iqtisadi sferanı əhatə edib, həm də dövlətimizin beynəlxalq mövqeləri möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ilin siyasi və iqtisadi mənzərəsini geniş şəkildə şərh etdi. Ölkə başçısının qeyd etdiyi kimi, iqtisadiyyatımıza 10 milyard dollardan çox sərmayə qoyulub, eləcə də insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirilib. Bu uğurların təməlində ölkə başçısının apardığı düşünülmüş iqtisadi-siyasət dayanır".

Bu sözləri  Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, pensiyaların, əmək haqlarının artırılması üçün ötən il önəmli addımlar atılıb.

Dövlət başçısının 2016-cı ildən başlayaraq, iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçilməsi üçün tapşırıqlar verdiyini xatırladan deputat vurğulayıb ki, artıq Azərbaycanda qeyri-neft sektoru xeyli inkişaf edib:

"Elə layihələr icra olunub ki, onlar iqtisadiyyatımıza böyük miqdarda həm gəlir gətirib, həm də yoxsulluq, işsizlik problemlərinin aradan qaldırılmasına öz töhfəsini verib. Azərbaycanın 2018-ci ildə yerinə yetirdiyi iqtisadi layihələrə nəzərə salsaq, görərik ki, qazlaşma 95 faizə, nəqliyyat yolları 15 min km-ə çatdırılıb, su-kanalizasiya xidmətləri daha da yaxşılaşdırılıb, rabitə, informasiya-kommunikasiya xidmətləri müasirləşib. Bakı-Tiflis-Qars dəmir yolunun istifadəyə verilməsi, Star neft emalı zavodunun açılışı, Cənub Qaz dəhlizinin özəyi olan TANAP layihəsinə başlanması əlamətdar hadisələrdir. Ən yaddaqalan məqamlardan biri də Azərbaycanın yerləşdiyi coğrafi mövqeyə görə tranzit nəqliyyat dəhlizinin bərpası oldu. Artıq Azərbaycan qazı Avropanın sərhədlərinə qədər çatdırıldı. TANAP-ın icrasının son mərhələsindəyik, yaxın vaxtlarda qazımız Avropa məkanında olacaq".

Deputat qeyd edib ki, paralel olaraq beynəlxalq sahədə uğurlar davam etdirilib: "Avropa Parlamentində "Xarici fəaliyyət və təhlükəsizlik siyasəti" üzrə qətnamənin qəbulu Azərbaycanın mövqeyinə tam uyğun gəldi. Qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edilir ki, bununla ikili standartların aradan qaldırılmasının şahidi olduq. Bunu beynəlxalq arenada Ermənistanın uduzması, Azərbaycanın qələbəsi kimi xarakterizə etmək olar".

Azər Badamov qeyd edib ki, 2018-ci ildə Azərbaycanın dostları və tərəfdaşları çoxalıb: "Cənab prezidentin elan etdiyi Azərbaycan Xalq Cümhuriyyət ili təntənəli şəkildə qeyd olundu. Azərbaycan dövləti böyük tarixi köklərə, ənənələrə malik dövlətdir. Müstəqil dövlətimiz AXC-nin varisidir və bu, onu göstərir ki, Azərbaycan yüzillik, qədim dövlətçilik ənənələrinə malikdir. Sentyabrın 15-də Bakının azad edilməsinin 100 illiyi münasibəti ilə Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə möhtəşəm parad keçirildi. Bu mərasim bir daha Azərbaycanla Türkiyənin bir yerdə olduğunu, iki dövlətin hər zaman hər hansı düşmənə layiqincə cavab verməyə qadir olduqlarını nümayiş etdirdi. Ötən il Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində ümidlərin artması baxımından da əlamətdar il oldu. Bütün bunları ümumiləşdirsək, 2018-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq il oldu".

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31