"Azərbaycan dünya üçün vacib aktora çevrilib”
“Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini gücləndirən amildir. Prezidentin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib”. Bunu millət vəkili Azər Badamov deyib.
4 Yanvar 2019 13:00 Siyasət"Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini gücləndirən amildir. Prezidentin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib". Bunu millət vəkili Azər Badamov deyib.
Deputatın sözlərinə görə, son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində sıçrayışlı inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb: "Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini artırıb. Artıq Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır. Təkcə 2018-ci ilin avqust ayında ölkəmizə Almaniya Kansleri xanım Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Binəli Yıldrımın, Gürcüstanın Baş Naziri cənab Mamuka Baxtadze və başqa ölkələrin rəsmilərin intensiv səfərləri onu deməyə imkan verir ki, Azərbaycan dünya üçün vacib aktora çevrilib".
Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edən A. Badamov vurğulayıb ki, bu, ölkəmizin dünyada dostlarının sayını artırır: "Ölkəmizə səfərə gələn hər bir dövlət rəhbəri Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi yüksək uğurlardan və ölkəmizlə strateji əməkdaşlıq etmək imkanlarında geniş danışır. Bu ölkəmiz üçün böyük nailiyyətdir".
SİA