İqtisadiyyat
Rayonlarımız niyə yerli gəlirlər hesabına yaşaya bilmir?
İlham Əliyev: “Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var” Dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin edə bilib. Ölkəmizin istehsal qabiliyyəti, aqrar sahənin inkişaf səviyyəsi və sair kimi iqtisadi güvənlik nəinki daxili tələbatı ödəməyə, həmçinin dünya bazarına məhsul çıxarılımasına imkan verir. Artıq Azərbaycanın brend məhsulları dünyanın bir sıra ölkələrində tələbata çevrilib.
Azərbaycan iqtisadiyyatı qarşısında bir çox müasir çağırışlar var
Ölkədə biznes mühitinin optimallaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir Dünyada baş verən iqtisadi, siyası təlatümlər dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirini göstərməkdədir. Ancaq müsbət qeyd edilməli məqam ondan ibarətdir ki, bu təsir özünü minimum səiyyədə göstərir. Bunun əsas səbəbi isə Azərbaycanın zamanında böhrana qarşı adekvat addımlar atması, təkcə neft deyil, eləcə də qeyri-neft sektorunu inkişaf etdirməsidir.
Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq
Azərbaycanın "Caspian Marine Services" şirkəti Almaniyanın "ER Offshore" şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.
Sahibkarların imkanları genişləndirilir
Xaricdə sərgilərin təşkil olunması iş adamlarına böyük imkanlar açacaq Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iş adamlarının hüquqlarının müdafiəsi məqsədilə institusional tədbirlərin görülməsi, xüsusilə apellyasiya şuralarının yaradılması, sahibkarlıq sahəsində yoxlamaların sayının azaldılması və iki il müddətinə dayandırılması, həmçinin vahid məlumat reyestrinin təkmilləşdirilməsi iqtisadiyyatımızın möhkəmləndirilməsinə, qeyri-neft sektorunun inkişafına xidmət edir.
Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.
Azərbaycanda qeyri-adi qala heç kim onun içərisinə daxil ola bilmir
SOCAR Gürcüstanda ən yüksək reytinqi olan şirkətlərdəndir
Tbilisidə “GeorgianTimes” media holdinqi və “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib.
İsmayıllı sahibkarları ilə görüş keçirilib
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vaxtaşırı olaraq rayonumuzda sahibkarlar, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşlər keçirir, onlara kredit alınması ilə əlaqədar lazımi istiqamət verir.
Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı açıqlanıb
Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığı dövrdən bu günə qədər qəbul etdiyi qərarların sayı açıqlanıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, fəaliyyətə başladığı dövrdən bu günə qədər məhkəmənin Plenumu tərəfindən ümumilikdə 336 qərar qəbul edilib. Bundan başqa, Konstitusiya Məhkəməsi 75 qərardad qəbul edib: "Həmin qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına və pozulmuş hüquqların bərpasına xidmət edir".
Yol-nəqliyyat hadisəsi zamanı zərər cəkmiş sərnişin hansı hallarda kompensasiya ala bilər?
Mətbuatda yayılan xəbərə görə, İcbari Sığorta Bürosu (ISB) tərəfindən 2014-cü ilin aprelin 9-da Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu, Çaylı kəndi ərazisindən keçən 483-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün ölümü ilə əlaqədar 5 000 manat, digər üzvlərin ağır və yüngül dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə ümumilikdə 7250 manat məbləğində kompensasiya ödənilib. Kompensasiya ödənişi poçt vasitəsi ilə 11 noyabr 2016-cı il tarixində köçürülüb. Məlumat üçün qeyd edək ki, ölkə qanunvericiliyində yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin sağlamlığına dəyən zərərə və ya ölümünə görə kompensasiyanın ödənilməsi məsələsi nəzərdə tutulsa da bundan istifadə edən vətəndaşların sayı olduqca məhduddur.
Bəzi iqtisadi qanunlara dəyişiklik edilib
Milli Məclisinin iclasında Vergi Məcəlləsində, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Kommersiya sirri haqqında” qanunlarda dəyişikliklər müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihələrdə dəyişikliklər texniki xarakter daşıdığı bildirilib. Layihələr ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.
Banklar kredit borcu olanları necə hədələyir?
Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar.
Problemli kreditlərin həcmi artıb
Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb.
"Bağlanmış banklara məxsus daşınmaz əmlaklar icarəyə verilə bilər"
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 kommersiya bankının daşınmaz əmlakını satışa çıxarmağa hazırlaşır.
Erməni deputatların maaşı kəsildi - 30 min dollar
Ermənistanda Milli Məclisin (parlamentin) iclasına gəlməyən deputatların maaşından təxminən 30 min dollar kəsilib.














