İqtisadiyyat
Bağlanan 10 bankın əmanətçilərinə 699 mln. manat kompensasiya ödənilib
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10 bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini açıqlayıb.
SOCAR-ın 2016-cı ilin oktyabr ayı üzrə ödənişləri
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib. Şirkətdən verilən məlumata görə, bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çox olub.
Neft hasilatı 0,8 faiz, qaz hasilatı isə 5,0 faiz azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 26,0 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz az sənaye məhsulu istehsal edilib. Statistika Komitəsindən verilən məlumata görə, sənaye məhsulunun 65,8 faizi mədənçıxarma sektorunda, 28,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Nazir Almaniya səfirini qəbul edib
İqtisadiyyat naziri Şahin Mustafayev Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabı qəbul edib. Nazir Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verildiyini diqqətə çatdırıb.
Brent nefti 5 faiz bahalaşıb
İmişli rayonunun iki kəndinə təbii qaz verildi
Rusiya Azərbaycanla sərnişin və yük daşımalarının artırılmasında maraqlıdır
"Rusiya və Azərbaycan arasında nəqliyyat sahəsində əməkdaşlıq mövcud müqavilələr və razılaşmalar əsasında həyata keçirilir. Hal-hazırda iki ölkənin nəqliyyat qurumları ölkələrimizin avtomobil nəqliyyatında ikitərəfli və tranzit sərnişin və yük daşımaları üzrə tələbatını tam həcmdə təmin edir". Bunu APA-nın Moskva müxbirinə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov bildirib.
Kreditlərin qaytarılması niyə mümkün olmur?
Ekspert: “Problemli kreditlərin həcmində daha çox artımlar gözlənir” Ölkədə kreditlərin qaytarılması ilə bağlı yaranan problem davam etməkdədir. Fəaliyytdə olan banklar isə kreditlərin ödənilməsini tənin etmək məqsədilə ən müxtəlif üsullara əl atırlar.
Daşınmaz əmlak bazarının oktyabr ayı üçün icmalı
"Oktyabr ayının yekunlarına əsasən təkrar bazarda orta qiymət 1400 AZN/m2, ilkin bazarda isə 1318 AZN/m2 təşkil etmişdir”. Bu haqda, oktyabr ayında paytaxt daşınmaz əmlak bazarında aparılan monitorinqə əsaslanaraq “AS Group İnvestment” Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzi məlumat verir.
ABŞ-Azərbaycan iqtisadi əlaqələri bundan sonra da davam edəcək
"Azərbaycan ABŞ və digər ölkəkərlə əlaqələrini strateji müttəfiqlik prinsipləri ilə qurmaqda maraqlıdır. Ölkəmiz Qərbin eləcə də Amerikanın regiondakı enerji siyasətinə töhfə verən ölkələr sırasındadır". Bunu SIA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Bakıda bəzi ərazilərə nəqliyyatin girişi qadağan edilə bilər Təcrübə və reallıq
Azərbaycan əhalisi pulu daha çox nəyə xərcləyir?- ŞƏRH
“Ümumiyyətlə aparılan monitorinqlər göstərir ki, Azərbaycanda vətəndaşlar istehlak malları, xüsusilə də ərzağa daha çox vəsait xərcləyirlər”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Natiq Əliyev: Azərbaycan Burkina-Fasoya investisiya yatırmaq niyyətindədir
Azərbaycan öz şirkətləri ilə Burkina-Faso şirkətləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasını istəyir. Energetika Nazirliyindən bildirilib ki, bunu Burkina-Fasoda səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, energetika naziri Natiq Əliyev bu ölkənin Prezidenti Roç Mark Kristian Kabore ilə görüşdə deyib.
Azərbaycan Rusiyaya əsas pomidor ixracatçılarından birinə çevrilib
2016-cı ilin ilk doqquz ayı ərzində Azərbaycan Rusiyaya pomidor ixrac edən ölkələr arasında ikinci yerdədir.
Azərbaycanın stimullaşdırıcı təşviq mexanizmi
Dünyanın qabaqcıl təcrübəsindən bəhrələnir “Azərbaycan stimullaşdırıcı təşviq mexanizminin yaradılmasında dünya miqyasında özünü doğruldan qabaqcıl təcrübədən bəhrələnir”. Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib. T.Rzayev bildirib ki, ayrı-ayrı ölkələrin təcrübəsindən aydın olur ki, daxili istehsalın genişlənməsində əsas faktorlardan biri qismində məhz ixracın məqsədyönlü şəkildə təşviq olunması və stimullaşdırılması çıxış edir.














