Kreditlərin qaytarılması niyə mümkün olmur?
Ekspert: “Problemli kreditlərin həcmində daha çox artımlar gözlənir” Ölkədə kreditlərin qaytarılması ilə bağlı yaranan problem davam etməkdədir. Fəaliyytdə olan banklar isə kreditlərin ödənilməsini tənin etmək məqsədilə ən müxtəlif üsullara əl atırlar.
15 Noyabr 2016 13:51 İqtisadiyyatEkspert: "Problemli kreditlərin həcmində daha çox artımlar gözlənir"
Ölkədə kreditlərin qaytarılması ilə bağlı yaranan problem davam etməkdədir. Fəaliyytdə olan banklar isə kreditlərin ödənilməsini tənin etmək məqsədilə ən müxtəlif üsullara əl atırlar. Belə ki, əvvəlcə banklar borclu ilə yanaşı ona zamin duran vətəndaşın da məsuliyyətə cəlb edilməsinə cəhd göstərdi. Bundan bir nəticə hasil olmadığını görən banklar borclü müştəriləri məhkəmə ilə hədələdilər ki, nəticədə kütləvi şəkildə uzunmüddətli məhkəmə çəkişmələrinə start verildi. Bundan da bezən banklar artıq məsələni müştərilərə hədə-qorxu gəlməklə çöxmək yolunu seçiblər. Belə ki, mobil telefonlara göndərilən SMS vasitəsilə müştərilərə təzyiq edən banklar, eyni zamanda onların iş yerlərinə xəbərdarlıq məktubu ünvanlayırlar. Daha bir təzyiq vasitəsi olaraq banklara borcu olan vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməməsi və onların xaricə çıxışına məhdudiyyət qoyulması tətbiq edilir. Bəs, reallıqda vəziyyət necədir, müştərilər banklara olan borclarını necə qaytara bilərlər?
Məlumat üçün qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin sentyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16839,7 milyon manat təşkil edib. Bu haqda bildirilib. Məlumata görə, kreditlərin 13211,3 milyon manatı uzunmüddətli olub. Kredit portfeli 2015-ci il sentyabr ayının 1-i ilə müqayisədə 16,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il sentyabr ayının 1-nə 7931,9 milyon manat təşkil edib.İqtisadçı rkspert Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən ayları ərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Problemi kreditlərin ümumi kredit portfelində payı artıq 10 faizə yaxınlaşır. Bu isə o deməkdir ki, hər təqdim edilən 100 manatlıq kreditin 10 manatı geri qayıtmır: "Bu isə bank sektoru üçün kifayət qədər ciddi rəqəmdir. Qeyd edim ki, sözügedən dövrdə, ümumi kredit portfelini həcmi 16 milyard 785 milyon manat olub. Amma problem heç də və yalnız problemi kreditlərin həcminin artımında deyil. Məsələ ondadır ki, bu ilin əvvəlində Mərkəzi Bankın 5 min dollaradək götürülmüş kreditlərə kompensasiya verməsi üçün cəmi 250 milyon manat tələb edilirdi. Mərkəzi Bank kompensasiya vermədi amma banklar 250 milyon manatdan daha çox itirdilər. Monitorinqlər göstərir ki, yubanmalara əsasən istehlak kreditləri, yəni kompensasiya təklif edilən kredit xəttləri üzrə qeydə alınır. Digər tərəfdən, monitorinqlır göstərir ki, problemli kreditlər "ümüdsiz kreditlər" kimi geri qaytarılması, demək olar, mümkün olmayan kreditlərdir. Güman olunur ki, məhz məzənnə fərqinə görə növbəti dövrdə problemli kreditlərin həcmində daha çox artımlar müşahidə ediləcək. Deməli, kompensasiya verməməklə "maliyyə intizamını" qorumağa çalışdığını bəyan edən Mərkəzi Bank əslində problemli kreditlərin həcminin artmasına şərait yaratmaqla bank sektorunda bu "intizamı" pozmuş oldu". İqtisadçı ekspert Qubad İbadoğlu hesab edir ki, 2015-ci ilin dekabrında idarə olunan üzən məzənnə rejiminə keçidi elan edən Mərkəzi Bank ötən dövrdə məzənnənin hədəflənməsi rejimi ilə valyuta məzənnəsini əvvəlcədən elan edilən həddə saxlamaqla xeyli vaxt itkisinə yol verib. Hazırda həyata keçirilən idarə olunan üzən məzənnə rejimini daha düzgün tənzimlənmə metodu sayıla bilər. İqtisadçının sözlərinə görə, bu rejimdə valyutaya olan tələbatda müşahidə olunacaq artım manatın ucuzlaşmasını şərtləndirir: "Amma Mərkəzi Bankın başqa alternativi qalmayıb. Xatırladım ki, Mərkəzi Bank valyuta təklifinin aşağı olduğu dövrlərdə manatın məzənnəsinin sabitləşdirilməsinə 1992-1995-ci illərdə üzən məzənnə rejiminin, 1996-2008-ci illərdə sürüşkən bağlılıq məzənnə rejiminin tətbiqi vasitəsilə nail olub. Nəzəri olaraq üzən məzənnə rejimində nominal effektiv məzənnənin ucuzlaşması idxal qiymətlərini bahalaşdırmaqla bir tərəfdən ixracatın stimullaşdırır, digər tərəfdən isə pula tələbi artırmaqla inflyasiya tempini də yüksəldir. Bu vəziyətdə valyuta ilə kreditlərə görə məzənnə fərqinin böyüməsindən artan xərclər onun vaxtında və tam şəkildə qaytarılmasını daha da çətinləşdirir. Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın və artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib. Odur ki, inflyasiyanın həfədlənməsi ilə yanaşı, onun yaratdığı xərclərin kompensasiya olunması üçün məvaciblərin, müavinətlərin indeksləşdirilməsinə, pensiyaların baza hissəsinin artırılmasına, eləcə də valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqinə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır. Hesab edirəm ki, bu məsələlər parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır".
Alim