“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” adlı tədbir keçirilib

Bakı şəhərinin Kürdəxanı qəsəbəsində məcburi köçkünlər üçün salınmışyaşayış kompleksində "Şanlı zəfərin Böyük Qayıdış mərhələsi" adlı tədbirkeçirilib. "Dəmir Yumruq" Vətən Müharibəsi Veteranlarına Dəstək İctimaiBirliyinin Mətbuat xidmətinin rəhbəri, professor Elçin İsgəndərzadənin saytımızaverdiyi məlumata görə tədbiri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrəDövlət Komitəsi "Dəmir Yumruq" Vətən Müharibəsi Veteranlarına Dəstək İctimaiBirliyi ilə birgə təşkil edib.
Dövlət Himni səsləndirildikdən, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsibir dəqiqəlik sükutla yad edildikdən sonra işğaldan azad edilmiş ərazilərdə həyatakeçirilən tikinti layihələri, bərpa-quruculuq işləri və regionun inkişafperspektivlərini əks etdirən videoçarxlar nümayiş olunub.

"Dəmir Yumruq" İctimai Birliyinin sədri Əbil Zeynalov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətdən bəhs edib, hazırda uğurla davam edən Böyük Qayıdışın məcburi köçkünlərin təkcə doğmayurda fiziki qayıdışı deyil, həm də qələbə uğrunda canından keçən şəhidlərə, torpaqlarımızın azadlığı uğrunda fədakarlıq göstərənlərə ehtiramın təcəssümüolduğunu vurğulayıb.

Dövlət Komitəsinin nümayəndəsi "Vətən Səsi" qəzetinin baş redaktoruElşən Əliyev məcburi köçkünlərə dövlət qayğısını Ulu Öndər Heydər Əliyevinstrateji məqsəd kimi müəyyənləşdirdiyini, bu siyasəti Prezident İlham Əliyevindavam etdirdiyini bildirib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanınməcburi köçkünlərə xüsusi həssaslıq göstərdiyi, onların sosial-mədəni inkişafınadaim dəstək verdiyi qeyd olunub. Xatırladılıb ki, Böyük Zəfərin məntiqi davamıkimi həyata keçirilən Böyük Qayıdış prosesi Qarabağ və Şərqi Zəngəzura yeni həyat gətirib. Dövlətimiz keçmiş məcburi köçkünlərin təhlükəsiz şəraitdə, könüllüvə ləyaqətlə doğma yurda qayıdışı üçün bütün zəruri tədbirləri görür. İşğaldan azadedilmiş ərazilərdə yenidən qurulan və bərpa edilən yaşayış məntəqələrinə köçkarvanların yola salınması getdikcə intensivləşir. Həmin ərazilərdə yaşayanların, işləyənlərin və təhsil alanların sayı hazırda yüz min nəfərə yaxındır.

Tədbirdə "Dəmir Yumruq" İctimai Birliyinin Sabunçu filialının sədriLütfiyyə Baxşəliyeva, İdarə Heyətinin üzvü Amil Məmmədov, Vətən müharibəsiiştirakçısı Nicat Cəlilov çıxış edərək qarşıdan gələn Zəfər günü və uğurla icraolunan Böyük Qayıdış proqramı haqqında fikirlərini bildirib, torpaqlarımızınişğaldan azad edilməsinin, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslıquruculuq işlərinin aparılmasının xalqımızda böyük sevinc və qürur hissidoğurduğunu söyləyiblər. Çıxış edənlər Böyük Qayıdışın milli həmrəyliyin, mədəni-ruhi dirçəlişin və dövlətimizin iqtisadi-siyasi qüdrətinin təcəssümüolduğunu vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31