SOCAR-ın 2016-cı ilin oktyabr ayı üzrə ödənişləri
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib. Şirkətdən verilən məlumata görə, bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çox olub.
16 Noyabr 2016 17:02 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin oktyabr ayında dövlət büdcəsinə 125 milyon 345 min manat vəsait ödənilmişdir. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 150 milyon 172 min manat vəsait ödənilib. Şirkətdən verilən məlumata görə, bundan əlavə, bu ilin oktyabr ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 207 min manat vəsait köçürüb. Qeyd edək ki, bu göstərici ötən ilin oktyabr ayı ilə müqayisədə 1 milyon 9 min manat və ya 109 faiz çox olub. Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 119 milyon 370 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 949 min manat və ya 103,4 faiz çox olub.