İqtisadiyyat
2017-ci ildə smartfon istehsalı artacaq
Ürək xəstələrinin DİQQƏTİNƏ: qışda belə qorunun - MƏSLƏHƏT
Artıq özünü göstərməyə başlayan soyuq və küləkli havalar bütün orqanizmə təsir göstərməklə yanaşı, ürək sağlamlığı üçün də bir çox risk faktoruna səbəb ola bilər.
Putin Rusiyanın əsas hədəfini AÇIQLADI
Rusiyanın əsas hədəfi informasiya müharibələrinin aparılması daxil olmaqla milli təhlükəsizliyə istənilən təhlükənin neytrallaşdırılmasıdır.
İşçilərin tikintidə hündürlükdə işləməsinə xüsusi prosedur və vəsiqə əsasında icazə veriləcək
Fövqəladə Hallar Nazirliyi“Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nı təsdiq edib. APA-nın məlumatına görə, bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir.
İranın Azərbaycandakı səfiri İqtisadiyyat Nazirliyində olub
İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Türkiyə Azərbaycandan 330 mln. kubmetr artıq qaz idxal edəcək
Türkiyənin BOTAŞ şirkəti cari ilin sonunadək 36,5 mlrd. kubmetr qaz idxal etməyi planlaşdırır ki, bu da ötən illə müqayisədə 4,1 mlrd. azdır.
Manat öz dəyərini almalıdır
Ekspert: “Manatın məzənnəsini süni yolla saxlamaq sonradan çox xoşagəlməz nəticələrə gətirib çıxara bilər” Dünya iqtisadiyyatında baş verən iqtisadi böhran Azərbaycana da təsirsiz ötüşmədi. Beynəlxalq aləmlə sıx iqtisadi və ticari əlaqədə olan ölkəmizin milli valyutasında devalvasiyası baş vedi. Artıq xeyli müddətdir ki, manat ətrafında baş verən sürüşmələr ölkə vətəndaşlarını düşündürməkdədir.
Bakıda beşmərtəbəli binada yanğın olub
Bakı şəhəri, Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 55 m2 olan 2 otaqlı mənzilin mətbəxində 1 ədəd aspirator və mətbəx mebeli qismən yanıb. Yüksək temperaturdan mətbəxin və dəhlizin lambirindən ibarət tavanı 12 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.
Tramp avro üçün düşərsiz oldu
Avro dollara nisbətən son 14 ildə ən aşağı səviyyəyə düşüb. Artıq birjalarda 1 avro almaq üçün 1.06 dollar almaq lazımdır. Habuki, 1 Avropa puluna bu ayın əvvəllərində 1 dollar 12 sent ödəmək lazım idi. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması D.Trampın ABŞ Prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da daha sonra Federel Ehtiyatlar Sisteminin uçot stavkasının artırılması ehtimalları avronu dəyərsizləşdirdi: “FES-in uçot stavkasını artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik edilər ki, bu da avro təklifini artırır. İtaliyadakı seçilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oyanmır.
Vahid Əhmədov: “Bank sistemindən narahatıq”
“Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asıllığını azaltmaq istiqamətində görülən işləri çox yüksək qiymətləndirirəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, son bir ayda İqtisadiyyat Nazirliyinin xətti ilə çox yerlərdə olub, müşahidələr aparıb: “Həqiqətən də böyük işlər görülüb. Dərman, kimya məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir”.
Şahdağda qar örtüyünün hündürlüyü 20 sm olub
Sabirabad rayonunun Türkədi kəndinə təbii qaz verilib
Noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45282 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Türkədi kəndinin sakinləri təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək.
Vergi borcu olanlara qarşı sərt tədbir görüləcək
Vergilər Naziriliyinə borclu şəxslərə qarşı sərt tədbirlər görmək səlahiyyəti verilir. Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər Məcəlləsinə dəyişiklik məsələsi müzakirə olunub.
Millət vəkilindən etiraz: “Daşınar əmlak nədir?”
Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin noyabrın 17-də keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanun layihəsinə təklif edilən dəyişiklik deputatlar arasında ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub.
Büdcədənkənar vəsaitlərin xərclənməsinə nəzarət sərtləşib
Nazirlər Kabineti "Dövlət rüsumu haqqında" qanunda nəzərdə tutulmuş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən və ya təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının xəzinə hesabına köçürülməsi, istifadə edilməsi, uçota alınması və hesabatın təqdim edilməsi Qaydaları" təsdiq edilməsi barədə qərar verib.














