Sabirabad rayonunun Türkədi kəndinə təbii qaz verilib

Noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45282 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Türkədi kəndinin sakinləri təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Noyabrın 17-də Sabirabad rayonunun Türkədi kəndinə ilk dəfə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. Dövlət Neft Şirkətindən verilən məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 560 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 45282 metr olan polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Türkədi kəndinin sakinləri təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Sabirabad rayonunun daha 4 kəndində (Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndləri) tikinti quraşdırma işləri davam etdirilir və yaxın günlərdə yaşayış məntəqələrinə ardıcıllıqla təbii qazın verilişi təmin ediləcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31