"Bağlanmış banklara məxsus daşınmaz əmlaklar icarəyə verilə bilər"

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 kommersiya bankının daşınmaz əmlakını satışa çıxarmağa hazırlaşır.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 kommersiya bankının daşınmaz əmlakını satışa çıxarmağa hazırlaşır.

Olaylar.az bildirir ki, bu barədə report-a açıqlamasında ADİF-in icraçı direktoru Azad Cavadovməlumat verib.

Onun sözlərinə görə, gələn həftə rəhbərlik etdiyi qurumun Himayəçilər Şurasının iclası keçiriləcək və əmlakların satışı ilə bağlı qaydalar təsdiq ediləcək: "Bundan sonra qiymətləndiricilər vasitəsi ilə əmlakların dəyəri müəyyən ediləcək və onlar satışa çıxarılacaq".

A.Cavadov onu da qeyd edib ki, bağlanmış banklara məxsus daşınmaz əmlak arasında satışı ləngiyənlərin icarəyə veriləcəyi istisna deyil: "Təbii ki, fond bu əmlakların hansısa formada pul gətirməsində maraqlıdır. Odur ki, satılmayan əmlaklar real müştəri olana qədər icarəyə verilə bilər".
Xatırladaq ki, ADİF "Royalbank", "Bank of Azerbaijan", "Atrabank", "Qafqaz İnkişaf Bankı", "Texnikabank", "Dekabank", "Kredobank", "Parabank", "Zaminbank", "Bank Standard" və "Gəncəbank"ın ləğv edilməsini həyata keçirir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31