Sahibkarların imkanları genişləndirilir

Xaricdə sərgilərin təşkil olunması iş adamlarına böyük imkanlar açacaq  Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iş adamlarının hüquqlarının müdafiəsi məqsədilə institusional tədbirlərin görülməsi, xüsusilə apellyasiya şuralarının yaradılması, sahibkarlıq sahəsində yoxlamaların sayının azaldılması və iki il müddətinə dayandırılması, həmçinin vahid məlumat reyestrinin təkmilləşdirilməsi iqtisadiyyatımızın möhkəmləndirilməsinə, qeyri-neft sektorunun inkişafına xidmət edir.

Xaricdə sərgilərin təşkil olunması iş adamlarına böyük imkanlar açacaq 
 

Ölkə Prezidenti cənab İlham Əliyevin müasir çağırışlara uyğun həyata keçirdiyi köklü iqtisadi islahatlar, o cümlədən sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin formalaşdırılması, iş adamlarının hüquqlarının müdafiəsi məqsədilə institusional tədbirlərin görülməsi, xüsusilə apellyasiya şuralarının yaradılması, sahibkarlıq sahəsində yoxlamaların sayının azaldılması və iki il müddətinə dayandırılması, həmçinin vahid məlumat reyestrinin təkmilləşdirilməsi iqtisadiyyatımızın möhkəmləndirilməsinə, qeyri-neft sektorunun inkişafına xidmət edir.

Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır

Hərtərəfli dinamik tərəqqiyə töhfə olan bu islahatlar dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yüksək qiymətləndirilir, ölkəmizin əldə etdiyi uğurlar digər dövlətlərin diqqətini cəlb edərək müxtəlif sahələrdəki müsbət təcrübəmizdən bəhrələnilir. Bu günlərdə İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən "Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları"nı təsdiq edilməsi məhz sadalanan məqsədlərə xidmət edir. Qərara əsasən növbəti ildə ixracatçıların fərdi qaydada iştirakına dəstək verilməsi nəzərdə tutulan xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkaların siyahısı Azərbaycanın iqtisadi və ticarət əlaqələri, Azərbaycan məhsullarının ixrac potensialı, habelə ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, hər il may ayının 1-dən gec olmayaraq İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən ediləcək və onun rəsmi internet səhifəsində yerləşdiriləcək. Maraqlıdır, sözügedən qərar Azərbaycan məhsullarının xarici bazarlara çıxarılmasına nə dərəcədə təsir göstərəcək?
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hazırda ölkəmizdə sahibkara və bu sahənin inkişafına böyük diqqət ayrılır. İqtisadiyyat Nazirliyinin Kollegiyası tərəfindən "Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları"nı təsdiq edilməsi də bu addımlardan sayıla bilər". Deputat bildirib ki, ölkədə sahibkarlığın inkişafı ilə bağlı atılan addımlar Azəraycan Prezidentinin fərman və sərəncamlarına uyğun olaraq həyata keçirilir: "İqtisadiyyat Nazirliyinin son qərarı Azərbaycanda qeyri-neft sektorunun inkişaf üçün mühüm sayılan addımlardan biridir. Bundan əlavə, nazirlik tərəfindən sahibkarlar üçün istər ölkəmizdə, istərsə də ölkədən kənarda sərgilər təşkil olunur ki, bu da iş adamları üçün böyük imkanlar açır". Ölkəmizdə istehsal olunan məhsulların siyahısının təsdiq edildiyini deyən millət vəkili söyləyib ki, məhz həmin siyahıya uyğun olaraq sahibkarlara ixracyönümlü məhsulların istehsal edilməsi tövsiyə olunur: "Bundan əlavə, ölkəmizdə sahibkarlar həm bank, həm də İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Sahibkarlığa kömək Milli Fondu tərəfindən güzəştli kreditlər alırlar. Bütün görülən işlər ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinə xidmət edir. Bu sahənin inkişafı ona ayrılan vəsaitdən asılıdır. Vəsait olan yerdə bu sahəni inkişaf etdirmək çox rahat olacaq. Ümumilikdə götürsək, ölkəmizdə sahibkarlarla ciddi işlər aparılır, onlarla sıx iş birliyi mövcuddur. Bu istiqamətdə həm hökumət, həm də dövlət başçısı tərəfindən müsbət addımlar atılmaqdadır. Bu gün Bakıda Rusiya-Azərbaycan regionlararası forumu keçirilirdi. Orada həm ölkəmizdən, həm də Rusiyadan olan iş adamları iştirak edirdi. Bütün bunlar sahibkarlar və sahibkarlığın inkişafında mühüm əhəmiyyət kəsb edir".
Qeyd edək ki, xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair İqtisadiyyat Nazirliyi tərəfindən qərarın qəbul edilməsi meyarlarına müraciətdə göstərilən sərgi və ya yarmarkanın İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən siyahıda mövcud olması və sahibkarın istehsal etdiyi məhsulun müvafiq sərgi və ya yarmarkada nümayiş olunacaq məhsulların kateqoriyasına uyğunluğu daxildir. İxracatçı xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda fərdi qaydada iştirak üçün ərizəni İqtisadiyyat Nazirliyinə təqdim edir. Ərizədə ərizəçi hüquqi şəxs olduqda adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, fəaliyyət növü, ərizəçi fiziki şəxs olduqda adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sahibkarın istehsal etdiyi məhsulun (məhsulların) adı, növü, xarici ölkələrdə təşkil ediləcək sərgi və (və ya) yarmarkanın adı, keçirilmə tarixi, nümayiş olunacaq məhsulların adı, növü, kateqoriyası göstərilməlidir. Ərizəyə İqtisadiyyat Nazirliyi tərəfindən 10 iş günü müddətində baxılır. Sahibkarın müraciəti meyarlara uyğun olduqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştiraka dair qərar qəbul edilir. Sahibkarın müraciəti meyarlara uyğun olmadıqda ərizədə göstərilən sərgi və ya yarmarkada dövlət dəstəyi çərçivəsində iştirakdan imtina haqqında qərar qəbul edilir. Onu da bildirək ki, 2016-cı və 2017-ci illər üzrə ixracatçıların fərdi qaydada iştirakına dəstək veriləcək xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkaların siyahısı bu Meyarlar qüvvəyə mindiyi tarixdən 15 gün müddətində İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunacaq və onun rəsmi internet səhifəsində yerləşdiriləcək. Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 5 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"na əsasən beynəlxalq sərgi və ya yarmarkada fərdi qaydada iştirak edən ixracatçılara ödənilən dəstək məbləği çəkilən xərclərin 30 faizini (5 min manatdan artıq olmamaqla) təşkil edəcək.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31