Rayonlarımız niyə yerli gəlirlər hesabına yaşaya bilmir?

İlham Əliyev: “Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var” Dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin edə bilib. Ölkəmizin istehsal qabiliyyəti, aqrar sahənin inkişaf səviyyəsi və sair kimi iqtisadi güvənlik nəinki daxili tələbatı ödəməyə, həmçinin dünya bazarına məhsul çıxarılımasına imkan verir. Artıq Azərbaycanın brend məhsulları dünyanın bir sıra ölkələrində tələbata çevrilib.

İlham Əliyev: "Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var"
 

Dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq Azərbaycan iqtisadiyyatı dinamik inkişafını təmin edə bilib. Ölkəmizin istehsal qabiliyyəti, aqrar sahənin inkişaf səviyyəsi və sair kimi iqtisadi güvənlik nəinki daxili tələbatı ödəməyə, həmçinin dünya bazarına məhsul çıxarılımasına imkan verir. Artıq Azərbaycanın brend məhsulları dünyanın bir sıra ölkələrində tələbata çevrilib. Lakin bütün bunlara baxmayaraq ölkənin, xüsusən də regionların daha da inkişaf etdirilməsi üçün mövcud potensiallardan səmərəli şəkildə idtifadə edilmir.

Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq

Daha doğrusu, əksər rayon və şəhərlər hələ də dövlət büdcəsindən ayrılan dotasiya hesabına yaşayır. Əslində isə iqtisadi rıçaqlar imkan verir ki, Azərbaycanın rayonları yerli büdcə hesabına yaşaya bilsin. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev qeyd edib ki, hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın: "Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni, bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var", - deyə prezident vurğulayıb. 
  Qeyd edək ki, Azərbaycanın 10 şəhər və 66 rayonundan cəmi 4 şəhər və 2 rayonu dövlətdən maliyyə yardımı almadan öz büdcəsini formalaşdıra bilir. Əgər rayonların bir qisminə mərkəzi büdcədən nisbətən az vəsait ayrılsa da, bəzi rayonların daxili xərclərinin 70-80 faizi ayrılan dotasiyalar hesabına ödənilir. Artıq bir neçə ildir ki, rayonlara ayrılan dotasiyaların azaldılması istiqamətində müxtəlif yollar axtarılır. Bu istiqamətdə müəyyən tədbirlər həyata keçirilir. Lakin mövcud vəziyyət görülən işlərin yetərli olmadığını göstərir. İqtisadçılar isə fərqli təkliflərlə çıxış edirlər. Kimi bölgələrin sənaye, aqrar və turizm potensilaından maksimum yararlanmağı məsləhət görür, kimi də xarici investitorların Azərbaycana cəlb olunmasının vacibliyini vurğulayır. İstənilən halda, potensial var - geriyə bu potensialdan düzgün şəkildə istifadə etmək qalır. Bu il dövlət büdcəsindən bölgələrə ayrılan maliyyə yardımının, başqa sözlə dotasiyanın yerli xərclərin tərkibində xüsusi çəkisi 50,3 faiz, təxminən 775 mln. manat təşkil edəcək. Ötən illə müqayisədə bu il şəhər və rayonlara dövlət büdcəsindən ayrılacaq maliyyə yardımı 44,5 mln. manat və ya 5,4% az olacaq. Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bu məsələyə xüsusi ilə diqqət çəkdi. O bildirdi ki, hər bir rayonun iqtisadi və sənaye potensialı güclənməlidir. Millət vəkili Vahid Əhmədov deyir ki, rayonların dotasiyadan asılılığının aradan qaldırılmasının yollarından biri ayrılan məbləğlərin istifadə mexanizminə nəzarətin gücləndirilməsi, digəri isə yerli icra strukturlarından bu sahədə fəallığı artırmağı tələb etməkdir: "Yerli icra hakimiyyəti orqanlarını məcbur etməliyik ki, yaxşı işləsinlər". 2016-cı ildə paytaxtdan başqa yalnız 4 şəhər və 2 rayon dövlət büdcəsindən maliyyə yardımı almayacaq. Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron və İmişli rayonları öz daxili xərclərini, öz gəlirləri hesabına qarşılaya biləcəklər. Bəs digər şəhər və rayonlar nə etməlidir? Hansı addımlar atılmalıdır? Ekspert hesab edir ki, rayonlarımız dövlət büdcəsi hesabına yox, öz gəlirləri hesabına öz fəaliyyətlərini maliyyələşdirə bilirlər. Dövlət büdcəsinin yerli xərcləri ödəməsi üçün növbəti ildə ayırdığı vəsait 1 milyard 541 milyon manatdı. Bu da ümumi xərclərin 9,5 faizini təşkil edir. Keçən ilə nisbətən 4,5 faiz azalma baş verib". Mütəxəssislər hesab edirlər ki, yerli gəlirlər hesabına yaşayan həmin şəhər və rayonlarda iqtisadi səmərəliliyin artırılması, sənayeləşmə və turizmin inkişafı sayəsində əldə olunan gəlirlər dotasiya ehtiyacını sıfıra endirib. Odur ki, bəzi kənd təsərrüfatı məhsullarının emalı müəssisələri istifadəyə verilsə, xərclərə nəzarət gücləndirilsə bir sıra kənd təsərrüfatı rayonları da dotasiyadan azad oluna bilər. Xüsusən, cənub bölgəsi bu baxımdan daha prespektivlidir. Məlumat üçün qeyd edək ki, ötən il cənub bölgəsinin mərkəzi hesab olunan Lənkərana verilən dotasiyanın həcmi 20.9 milyon manat olub. 2016-cı il üçün isə nəzərə tutulan rəqəm 27.9 milyon manat təşkil edir. 2015-ci ildə Lənkəran üzrə dotasiyanın xüsusi çəkisi 54.7 faiz, gəlirlərin xüsusi çəkisi 45.3 faiz olub. Astarada isə 2016-cı ildə rayonun ümumi büdcəsi 18 milyon 700 min təşkil edir ki, bunun da 13 milyonu dotasiyadır. Lerik rayonu isə 87 faiz dotasiya ilə yaşayan bir rayondur. 2015-ci ildə rayonun ümumi büdcəsi 18 milyon 200 manat təşkil edib ki, bunun da 16 milyon 142 min manatı dotasiya 2 milyon 58 min manatı isə rayonun öz daxili imkanları hesabına əldə etdiyi gəlirdir. 2016-cı ildə isə rayona 14 milyon 332 min dotasiya təyin ediləcək, yerli gəlirlər isə 2 milyon 68 min manat proqnozlaşdırılır. Digər ucqar dağ rayonu olan Yardımlıda da vəziyyət qonşu rayonlardan fərqlənmir. Yəni hazırda ümumi büdcəsi 14 milyon 69 min 275 manat olan Yardımlı əvvəllər öz büdcəsini üzümçülük və tütünçülüklə maliyyələşdirirdisə, hazırda bu sahələr tamamilə sıradan çıxdığından rayonun büdcəsinin 1 milyon 981 manatı yerli büdcədən, vergidən gələn 12 milyon 88 min 275 manatı isə dövlət büdcəsindən gələn gəlirlər hesabına maliyyələşir. İqtisadi Ekspertlər hesab edirlər ki, Prezident İlham Əliyevin dotasiya ilə bağlı çıxışından nəticə çıxarmağı qarşılarına məqsəd qoysalar, bu zaman bir çox rayonlarımız dotasiyadan asılı olmayacaqlar. Elə Cənub rayonlarında da turizm sektoru sürətlə inkişaf etdirilərsə bu rayonların dotasiyadan asılılığı aradan qaldırı bilərlər. Sözgedən bölgə üçün əsas prioritet sahələr kimi turizm, emal sənayesi, kənd təsərrüfatı, orta və kiçik sahibkarlığın inkişafını göstərmək olar. Mütəxəssisin fikrincə, cənub rayonlarında heyvandarlıq məhsulları emalı müəssisələrinin qurulması üçün də geniş imkanlar var. Ümumi qənaət ondan ibarətdir ki, respublikanın istənilən bölgəsində qeyri-neft sektorunun inkişafı üçün kifayət qədər potensial var. Rayon və şəhərlər də bu potensialdan düzgün şəkildə istifadə edərək, öz yerli xərclərini qarşılaya və dövlətdən maliyyə yardımı almadan öz daxili büdcəsini formalaşdıra bilər.

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31