Azərbaycan neft platformalarının təchizatı üçün iki gəmi alacaq

Azərbaycanın "Caspian Marine Services" şirkəti Almaniyanın "ER Offshore" şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib. Olaylar.az Trend-ə istinadən bildirir ki, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.

Azərbaycanın "Caspian Marine Services" şirkəti Almaniyanın "ER Offshore" şirkəti ilə iki gəminin satın alınması barədə ilkin razılıq əldə edib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, iki gəminin ümumi dəyəri 21 milyon dollar təşkil edəcək.

Alınacaq gəmilər "ER Stavanger" və "ER Aalesund" neft platformaları üçün təchizat gəmiləri olacaq.

Şirkətdən verilən məlumata görə, ayrı-ayrılıqda 10,5 milyon dollar qiyməti olan gəmilər əsaslı təmir olunduqdan sonra Volqa-Don kanalı vasitəsilə Xəzər dənizinə çatıdırılacaq. Bu gəmilər Xəzər dənizindən kənarda da neft platformalarının təchizat işinə cəlb olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31