SOCAR Gürcüstanda ən yüksək reytinqi olan şirkətlərdəndir

Tbilisidə “GeorgianTimes” media holdinqi və “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib.

Tbilisidə "GeorgianTimes" media holdinqi və "GORBİ" ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib. "OLAYLAR"-ın xəbərinə görə, ən yaxşı şirkətlərin və iş adamlarının seçilməsində müstəqil ekspertlər, müəssisə rəhbərləri, iqtisadi mövzuda işləyən jurnalistlər, konsaltinq şirkətləri, qeyri-hökumət təşkilatları, fondlar, sosial tədqiqat xidmətləri iştirak ediblər. "SOCAR Georgia Petroleum" şirkəti "Gürcüstanın dövlət büdcəsinə ən çox vergi ödəyicisi", "Ən yaxşı yanacaqdoldurma stansiyaları və infrstrukturu olan şirkət", "Ən böyük işəgötürən" nominasiyalarında milli biznes mükafatına layiq görülüb. SOCAR Georgia Gas" şirkəti "Ən yaxşı inkişaf strategiyası", "Ən yaxşı xidmət", "Ən innovativ şirkət" nominasiyalarında qalib gəlib. Qara dəniz sahilində yerləşən SOCAR-a məxsus Kulevi terminalı - "Black Sea Terminal" MMC isə "İlin investoru" elan olunub. "SOCAR Georgia Petroleum" şirkəti səs çoxluğu ilə müsabiqənin Qran-prisini də qazanıb. Mərasimdə parlament üzvləri, hökumət nümayəndələri, iri biznesmenlər, ziyalılar, diplomatlar, yerli və xarici jurnalistlər iştirak ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31