İqtisadiyyat
Dövlət Neft Fondu- milli neft strategiyasının tərkib hissəsi kimi
Və ya şəffaflıq və səmərəli idarəçilik Sovet İttifaqının dağılması və bu ittifaqın tərkibində olan müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsi nə dərəcədə müsbət bir addım olsa da, lakin qazanılmış müstəqilliyin müəyyən mənada çətinlikləri, problemləri də yox deyildi. İrəlidə yenicə müstəqillik qazanmış respublikaları bir sıra çətinliklər gözləyirdi. Xüsusilə, keçmiş müttəfiqlər arasında iqtisadi əlaqələrin qırılması ayrı-ayrı respublikalarda ağır iqtisadi böhrana səbəb olmuşdu. SSRİ-nin dağılması ilə barışmayan, onu hər vasitə ilə yenidən bərpa etməyə çalışan Moskva isə keçmiş imperiyanın tərkibində olan respublikalarda siyasi gərginlik, vətəndaş qarşıdurması yaratmaqla müstəqilləşmə prosesinə mane olmağa çalışırdı. Yaranmış bu cür çətin durumlardan isə ölkəni yalnız dərin siyasi biliyi və təcrübəsi olan siyasilər çıxara bilərdi. Bu baxımdan Azərbaycanın bəxti gətirmişdi desək yanılmarıq.
Şərablarımızın Avropa bazarlarına çıxarılmasının müsbət təsiri
“Hazırda Azərbaycan brendi adı ilə şərablarımızın Avropa bazarlarına çıxarılması istiqamətində aparılan işlər ölkə iqtisadiyyatının inkişafı üçün çox böyük ənəmiyyətə malikdir. Bu sahədə “Made in Azerbaijan” brendinin tanıdılması, Avropa bazarlarının standartlarına uyğun məhsulun istehsalı, rəsmiləşdirmə, sənədləşdirmə, sertifitatların əldə olunması proselərinin həlli ən önəmli məsələlərdəndir”. Bunu SİA-ya açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
Bakıda Arye Qutun kitabının təqdimatı keçiriləcək
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail Dövlətindəki nümayəndəliyinin başçısı, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qutun “Ağrı” romanının Bakıda təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı “OLAYLAR”-a Arye Qut özü verib. Bildirib ki, təqdimat mərasimi noyabrın 16-da baş tutacaq. Azərbaycan Yazıçılar Birliyində baş tutacaq təqdimat mərasimində millət vəkilləri, tarixçilər, KİV nümayəndələri iştirak edəcək.
Ceyhan limanından 2,4 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2016-cı ilin oktyabr ayı ərzində 2 milyon 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 24 milyon 634 min 564 ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2016-cı il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə subsidiyalar veriləcək
Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) idarələrinin heyvandarlıq və informasiya texnologiyaları sahələri üzrə mütəxəssiləri üçün təlim kursları keçirib.
Niderlandda yerli iş adamlarına Azərbaycana yatırım imkanları təqdim olunub
Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatı ölkənin Zeeland bölgəsinin, Zierikzee şəhərində Azərbaycanın tanıtımına həsr olunmuş tədbir keçirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, şəhərin kinoteatrlarından birində baş tutan tədbirdə Niderlandda nəşr olunan “Wereldregio” qəzetinin Baş redaktoru Aad van der Vouden aparılıcıq edib. Niderlandda yaşayan həmyerlimiz, “Connect” təşkilatının sədri Vüqar Abbasovqonaqları salamlayaraq Schouwen Duiveland bələdiyyəsinin başçısı Xerard Rabelinkə söz verib və ona Azərbaycanla bağlı kitab hədiyyə edib. Bələdiyyə sədri öz növbəsində “Connect” təşkilatının fəaliyyətindən danışıb, bu təşkilatın gələcəkdə bir çox uğurlara imza atacağına inamını dilə gətirib.
Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz - Güclənəcəyik
Dünyada baş verən iqtisadi böhran fonunda Azərbaycan iqtisadiyyatında yaranmış çətin dövr artıq arxada qaldı. Bundan sonra ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək, böyüyəcək və güclənəcək.
Rüfət Aslanlı banklara xəbərdarlıq məktubu göndərib
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı (MBNP) Azərbaycanın kommersiya banklarının rəhbərlərilə görüşüb. Bu barədə jurnalistlərə açıqlama verən R.Aslanlı həmçinin, valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı banklara xəbərdarlıq məktubu göndərildiyini qeyd edib. Palata sədri görüş zamanı aparılan müzakirələrdən də danışıb: “Görüşdə bəyan etdik ki, əgər hansısa bank belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək. Reallıq budur ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Çünki, onların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük”.
İlin sonuna doğru dollara tələb artacaq
Ekspert: “Manatın bazar dəyərinin möhkəmləndirilməsinə çalışmaq lazımdır” Dollara artan tələb Mərkəzi Bankın valyuta ehtiyatlarının son 1 ayda 4,13 milyard dollardan 4,0 milyard dollaradək azalmasına səbəb olub. Mərkəzi Bankın rezervlərində iyul ayından müşahidə edilən azalma tendensiyası isə davam etməkdədir. 2014-ci ilin iyul ayında 15,19 milyard dollar ehtiyata sahib olan Mərkəzi Bank həmin puldan cəmi 4 milyard dolları saxlaya bilib. Bu arada Dövlət Neft Fondu da valyuta hərraclarında bu ilin oktyabr ayı ərzində 371 milyon dollar satdığını açıqladı. Beləliklə, oktyabrda dollara tələbin artması Neft Fondu ilə yanaşı Mərkəzi Bankı da xərcə salıb. Maraqlıdır, manatın ucuzlaşmasına hansı amillər səbəb olub?
Azərbaycanda yaxın günlərdə daha bir bank bağlanacaq?- RƏSMİ AÇIQLAMA
"Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın günlərdə hansısa bankın lisenziyasını geri çağırmağı planlaşdırmır". Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.
47 sahibkara 491 min manat güzəştli kredit verilib
Noyabrın 3-də Lənkəran rauonunda sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum keçirilib. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, formda Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir suvarma sistemlərinin tətbiqi ilə tərəvəzçilik, çayçılıq və intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov bildirib ki, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 3000-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 223,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, istixana, çayçılıq, üzümçülük təsərrüfatlarının, yem zavodunun yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.
Azərbaycanda əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyuldu
Noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının İqtisadi İnkişaf nazirinin müavini Aleksandr Sıbulskinın iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.
İdxal edilən toyuq və yumurtaya yeni rüsumlar tətbiq ediləcək
Noyabrın 3-dən etibarən Azərbaycana idxal edilən ev toyuqları (əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumları tətbiq ediləcək.
Vahid Əhmədov: "Qərar sahibkarlara ayrılan diqqətin göstəricisidir"- AÇIQLAMA
“Hazırda ölkəmizdə sahibkara və bu sahənin inkişafına böyük diqqət ayrılır. İqtisadiyyat İqtisadiyyat Nazirliyinin Kollegiyası “Xarici ölkələrdə təşkil edilən sərgi və (və ya) yarmarkalarda ixracatçıların fərdi qaydada iştirakına dair qərarın qəbul edilməsi Meyarları”nı təsdiq edilməsi də bu addımlardan sayıla bilər”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.
Mərkəzi Bankın səlahiyyəti azaldılır
Azərbaycanda bankların qiymətli metallar və qiymətli daşlarla əməliyyatlarına nəzarət edən orqan dəyişir. Olaylar.az bildirir ki, Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı "Qiymətli metallar və qiymətli daşlar haqqında" qanunun 16.3-cü maddəsinə dəyişiklik təklif edilir.














