Süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə subsidiyalar veriləcək
Kənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) idarələrinin heyvandarlıq və informasiya texnologiyaları sahələri üzrə mütəxəssiləri üçün təlim kursları keçirib.
7 Noyabr 2016 15:14 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyi rayon (şəhər) idarələrinin heyvandarlıq və informasiya texnologiyaları sahələri üzrə mütəxəssiləri üçün təlim kursları keçirib. Bu barədə KTN-dən verilən məlumata görə, nazirliyin 60 idarəsinin əməkdaşlarının cəlb olunduğu təlimdə süni mayalandırılmış heyvanlar və bu yolla alınmış buzovlara görə veriləcək subsidiyalar üçün məlumatın "Elektron kənd təsərrüfatı" informasiya sisteminə (EKTİS) işlənməsi və bununla bağlı prosedurların informasiya sistemi vasitəsi ilə həyata keçirilməsi qaydaları öyrədilib. Təlimləri Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinin təlim keçmiş əməkdaşları aparıb. Nazirliyin "Baytarlıq şəhərciyi"ndə müasir tələblərə uyğun qurulmuş təlim mərkəzində təlim prosesinin onlayn izlənməsi və iştirak edən əməkdaşların suallarının aidiyyəti mütəxəssislər tərəfindən distant yolla cavablandırılması üçün müvafiq texoloji imkanlardan istifadə edilir. "Subsidiya və siyasətə dair informasiya sistemi"ndə süni mayalanma yolu ilə alınmış hər buzova görə veriləcək subsidiyanın məlumat bazasını yaratmaq üçün ölkə üzrə heyvan sahiblərinin (vətəndaşların, hüquqi və fiziki şəxslərin), süni mayalandırılmış heyvanların və doğulan balaların qeydiyyatı aparılacaq.