Rüfət Aslanlı banklara xəbərdarlıq məktubu göndərib

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı (MBNP) Azərbaycanın kommersiya banklarının rəhbərlərilə görüşüb. Bu barədə jurnalistlərə açıqlama verən R.Aslanlı həmçinin, valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı banklara xəbərdarlıq məktubu göndərildiyini qeyd edib. Palata sədri görüş zamanı aparılan müzakirələrdən də danışıb: “Görüşdə bəyan etdik ki, əgər hansısa bank belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək. Reallıq budur ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Çünki, onların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı (MBNP) Azərbaycanın kommersiya banklarının rəhbərlərilə görüşüb. Bu barədə jurnalistlərə açıqlama verən R.Aslanlı həmçinin, valyuta alqı-satqısında tətbiq olunan marja ilə bağlı banklara xəbərdarlıq məktubu göndərildiyini qeyd edib. Palata sədri görüş zamanı aparılan müzakirələrdən də danışıb: "Görüşdə bəyan etdik ki, əgər hansısa bank belə həssas dövrdə valyuta alqı-satqısına dair qanunvericiliyi pozarsa, ən ciddi tədbirlər görüləcək. Reallıq budur ki, bankların bütün valyuta əməliyyatlarına nəzarət etmək mümkün deyil. Çünki, onların bütün valyuta əməliyyatlarını görmürük. Banklar ayda bir dəfə bizə hesabat verir və həmin hesabat əsasında onların vəziyyətini qiymətləndiririk. Amma əgər hər hansı bank, onun filialı, şöbəsi qanunu pozarsa, dərhal tədbir görürük".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31