İqtisadiyyat

Gün ərzində 1000-dən çox dekoder satılıb

1 Noyabr 2016 17:54

Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında tam olaraq açıq paketli rəqəmli televiziya yayımına keçilməsi ilə əlaqədar dekoderlərin satışında artım müşahidə olunub.

Sahibkarların maarifləndirilməsi davam edir

1 Noyabr 2016 15:00

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Biznes planların və investisiya layihələrinin hazırlanması" mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, biznes ideyanın yaradılması, biznes plan və onun tərtib edilməsi, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb. Tədbirdə həmçinin, iştirakçılar İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatlandırılıblar. Bununla yanaşı, tədbirdə Apellyasiya Şuraları, sahibkarların təkrar şikayətlərinə baxılması prosedurları və s. barədə ətraflı məlumat verilib.

Daha bir bankın bağlanacağı anonsu verildi

1 Noyabr 2016 14:01

“Daha bir bank öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir”. Bunu iqtisadçı Vüqar Bayramov növbəti bağalanacaq bankın anonsunu verib: “Monitorinqlərimiz və eləcə də bizə olan müraciətlər göstərir ki, həmin bank hətta cari hesablardakı kiçik məbləğdə ödənişləri belə mərhələli şəkildə ödəyir.

Manatın ucuzlaşması davam edəcəkmi?

1 Noyabr 2016 13:57

Fikrət Yusifov: “Kəskin devalvasiyasının təkrarlanması həm nəzəri, həm də praktiki cəhətdən real görünmür” Son günlər manatın Amerika dollarına nisbətdə yenidən ucuzlaşması müşahidə edilir. Demək olar ki, hər gün müşahidə edilən bu dəyişiklik yenidən cəmiyyətdə ajiotaj yaradıb. Bir çoxları hesab edirlər ki, manatın ucuzlaşması yeni bir devalvasiyanı qaçılmaz edəcək. Ancaq bunun əksini söyləyənlər də var.

Meyvə ixracatını necə artırmaq olar?

31 Oktyabr 2016 15:54

Rövşən Ağayev: “Məhsuldarlığın aşağı olması da ciddi problemdir” Ötən ilin sonlarından neftin qiymətlərində baş verən ciddi dəyişikliklər hər bir neft ixrac edən ölkə kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqəti daha da artırdı. Xüsusilə qeyri-neft sektorunda kənd təsərrüfatınıın inkişafı prioritet vəzifələrdən birinə çevrildi. Kənd təsərrüfatının inkişafı istiqamətində əsas diqqət yetirilməli olan sahə isə meyvəçilikdir. Məlumdur ki, Azərbaycanda meyvəçiliyin inkişafı hər zaman yüksək potensiala malik olub və uzun illər ölkəmiz qonşu Rusiyanı meyvə ilə təmin edib. Demək olar ki, ilin bütün fəsillərində Rusiya bazarlarını meyvə ilə təmin edən Azərbaycanda son illər bu istiqamətdə bir geriləmə müşahidə edilir desək yanılmarıq. Bunun bir səbəbi əvvəlki illərə nisbətən Azərbaycanda əhalinin sayının artması və daxili tələbatın ödənilməsinə əsas diqqətin yetirilməsidirsə, digər səbəbi fermerlərin meyvəçiliyin inkişaf etdirilməsinə yetərli qədər diqqət ayırmamasıdır.

Televiziya proqramlarının monitorinqinə başlanılır

31 Oktyabr 2016 15:28

AMEA Nəsimi adına Dilçilik İnstitutu ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq.

Amerika Ticarət Palatasında Azərbaycanla bağlı tədbir keçirilib

31 Oktyabr 2016 14:57

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edərək “Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda çıxış edib.

Aydın Hüseynov: "Azərbaycan biznesin səmərəliliyinə görə ilk 5 ölkə sırasındadır"

28 Oktyabr 2016 18:22

Uğurlu iqtisadi islahatlar həyata keçirən və biznes mühitinin inkişafı sahəsində mövcud qanunvericiliyi daha da təkmilləşdirən Azərbaycan dünyanın ən mötəbər təşkilatlarının hesabatlarında mövqeyini yaxşılaşdırmaqdadır.

16 sahibkara güzəştli kredit verilib

28 Oktyabr 2016 17:06

Oktyabrın 28-də bu istiqamətdə növbəti tədbir – Xəzər rayonunun Mərdəkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilib.

Azərbaycan malları xaricdə bu mağazalarda satılacaq

28 Oktyabr 2016 15:47

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Made in Azerbaijan” rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının siyahısının müəyyənləşdirilməsi Meyarları”nı təsdiq edib.

Fermer torpaqlarının dövlət qeydiyyatında müsbət dəyişikliklər baş verir

28 Oktyabr 2016 15:22

Dünya bazarlarında neft qiymətlərində baş verən məlum proseslərdən sonra Azərbaycanda qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrildi. Ötən müddət ərzində qeyd edilən istiqamətlərdə görülən işlər, hökumətin bu sahəyə ayırdığı diqqət fermer təsərrüfatlarının daha da inkişaf edəcəyinə əminlik yaranıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ən son Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair keçirilən iclasında da ölkədə fermer təsərrüfatlarının inkişaf etdirilməsi məsələsinə toxunaraq bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onu da etiraf etmək lazımdır ki, son aylar ərzində bu istiqamətdə əsaslı addımlar müşahidə edilməkdədir. Xüsusilə, fermerlərə məxsus olan torpaqların sənədləşdirilməsi istiqamətində həyata keçirilən sadələşdirilmə prosesini bu sıraya əlavə etmək olar. Ancaq müəyyən mənada problemlərin qaldığı da söylənilir.

Karbohidrogen ehtiyatları şərti yanacaqla 10 mlrd. ton həcmində qiymətləndirilir

28 Oktyabr 2016 13:33

Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarılabilən neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir. "APA-Ecnomics" xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Oil and Industry" jurnalına müsahibəsində bildirib.

Azərbaycan və Çin arasında əməkdaşlıq məsələləri müzakirə edilib

28 Oktyabr 2016 12:28

Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt pekində Çin Dəmir Yollarının rəhbər heyəti ilə görüş keçirib.

OPEK-in toplantısı neftin qiymətinə təsir göstərəcəkmi?

27 Oktyabr 2016 14:27

Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayanıqlılığın formalaşdığından danışmaq hələlik tezdir. Neftə olan gündəlik tələb bu ilin üçüncü rübündə 96,99 milyon barelə çatıb.

Azərbaycan neftin qiymətinin qalxması üçün irəli sürülən təşəbbüsə qoşulur

27 Oktyabr 2016 13:29

Azərbaycanın energetika naziri Natiq Əliyev oktyabrın 29-da Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin Əlcəzair sazişinin həyata keçirilməsi üzrə Yüksək səviyyəli komitəsinin iclasında iştirak edəcək.