Meyvə ixracatını necə artırmaq olar?

Rövşən Ağayev: “Məhsuldarlığın aşağı olması da ciddi problemdir” Ötən ilin sonlarından neftin qiymətlərində baş verən ciddi dəyişikliklər hər bir neft ixrac edən ölkə kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqəti daha da artırdı. Xüsusilə qeyri-neft sektorunda kənd təsərrüfatınıın inkişafı prioritet vəzifələrdən birinə çevrildi. Kənd təsərrüfatının inkişafı istiqamətində əsas diqqət yetirilməli olan sahə isə meyvəçilikdir. Məlumdur ki, Azərbaycanda meyvəçiliyin inkişafı hər zaman yüksək potensiala malik olub və uzun illər ölkəmiz qonşu Rusiyanı meyvə ilə təmin edib. Demək olar ki, ilin bütün fəsillərində Rusiya bazarlarını meyvə ilə təmin edən Azərbaycanda son illər bu istiqamətdə bir geriləmə müşahidə edilir desək yanılmarıq. Bunun bir səbəbi əvvəlki illərə nisbətən Azərbaycanda əhalinin sayının artması və daxili tələbatın ödənilməsinə əsas diqqətin yetirilməsidirsə, digər səbəbi fermerlərin meyvəçiliyin inkişaf etdirilməsinə yetərli qədər diqqət ayırmamasıdır.

Rövşən Ağayev: "Məhsuldarlığın aşağı olması da ciddi problemdir"

Ötən ilin sonlarından neftin qiymətlərində baş verən ciddi dəyişikliklər hər bir neft ixrac edən ölkə kimi Azərbaycanda da qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqəti daha da artırdı. Xüsusilə qeyri-neft sektorunda kənd təsərrüfatınıın inkişafı prioritet vəzifələrdən birinə çevrildi. Kənd təsərrüfatının inkişafı istiqamətində əsas diqqət yetirilməli olan sahə isə meyvəçilikdir. Məlumdur ki, Azərbaycanda meyvəçiliyin inkişafı hər zaman yüksək potensiala malik olub və uzun illər ölkəmiz qonşu Rusiyanı meyvə ilə təmin edib. Demək olar ki, ilin bütün fəsillərində Rusiya bazarlarını meyvə ilə təmin edən Azərbaycanda son illər bu istiqamətdə bir geriləmə müşahidə edilir desək yanılmarıq. Bunun bir səbəbi əvvəlki illərə nisbətən Azərbaycanda əhalinin sayının artması və daxili tələbatın ödənilməsinə əsas diqqətin yetirilməsidirsə, digər səbəbi fermerlərin meyvəçiliyin inkişaf etdirilməsinə yetərli qədər diqqət ayırmamasıdır.

İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, dünyada meyvəçilik çox nəhəng ixaracat potensialı olan sektordur. Hazırda qlobal ticarətdə meyvə ixracının ümumi həcmi 105 milyard dollara çatır: "Azərbaycanın təzə meyvə ixracından gəlirləri hətta 50 milyon dollara belə yetmir. Rəsmi statsitikaya görə, ölkəmizin əkinəyararlı torpaqlarının çox az hissəsi - təxminən 7.7 faizi (143 min hektar) meyvə bağlarına məxsusdur. Müqayisə üçün deyim ki, dünya meyvə ixracatında mühüm paya malik olan Türkiyədə meyvə əkinlərinin kənd təsərrüfatı əkinlərində payı bizim göstəricidən təxminən 2 dəfə yüksəkdir - 14 faiz, yaxud 3.3 miıyon hektar". Rövşən Ağayevin sözlərinə görə, çox önəmli məsələlərdən biri yüksək istehsal potensialının mövcudluğudur: "Ölkə öz daxili tələbatından xeyli böyük həcmdə məhsul istehsalı imkanına malik olmalıdır ki, daxili istehlakdan artıq həcmdə məhsul üçün ixrac bazarları axtarsın. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda əhalinin hər nəfəri hesabı ilə 25 kq alma, 16 kq üzüm istehsal edilir. Halbuki Azərbaycanın ərzaq istehlakı ilə bağlı minimum normativlərinə görə orta hesabla ildə hər kəs 50 kq meyvə və giləmeyvə istehlak etməldir ki, bunun da 25 kq-nı alma istehlakı təşkil etməlidir. Yəni, alma istehsalının həcmi ilə bağlı rəsmi bəyan edilən göstərici yalnız ölkə əhalisinin minimum səviyyədə istehlakını ödəmək üçün yetərlidir. Hələ nəzərə alaq ki, bizdə alma şirəsi və alma qurusu sənayesində yerli xammaldan istifadə edilsə, alma istehsalının indiki həcmləri daxili tələbat üçün belə yetərli olmaz. Üzüm istehsalında da eyni durumdur. Dünyada əhalinin təzə süfrə üzümləri istehlakı orta hesabla 15-20 kq təşkil edir. Məsələn, qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda daxili istehsalın adambaşına həcminin 16 kq təşkil etdiyini nəzərə alsaq, bu həcm nəinki ixrac üçün, hətta şərab sənayesi və quru üzüm emalı üçün minimum həcmdə xammal vermək üçün belə yetərli deyil". İqtisadçı bildirib ki, məhsulun azlığı yalnız meyvə sahələrinin həcminin məhdudluğu ilə bağlı deyil. Onun sözlərinə görə, məhsuldarlığın aşağı olması da ciddi problemdir: "Məsələn, rəsmi statistikaya görə Azərbaycanda alma bağlarının orta məhsuldarlığı 8 ton təşkol

edir. Dünya üzrə bu göstərici 15.5 ton, yüksək məhsuldarlığa malik Fransa, Avstraliya və Niderland kimi ölkələrdə 40-50 ton intervalında dəyişir. Türkiyədə də bizdən 2 dəfə yüksəkdir - 18 ton.İndi bir müqayisəyə baxaq. Fermerlərin hazırkı ixrac qiymətləri ilə alma və üzüm bağlarının hər hektarından mövcud məhsuldarlıq çərçivəsində 5-8 min dollar ümumi gəlir əldə etmək imkanı mövcuddur. Məhsuldarlığın ən azı Türkiyə səviyyəsinə çatıdırıması bu gəlirlərin 25-30 faizə qədər artırılmasına imkan verər. Üstəlik, meyvəçilik ölkənin ekosisteminin tənzimlənməsində mühüm rol oynamaqla yanaşı, yan sektorların (məsələn, arıçılıq) da inkişafı üçün mühüm təbii mühit rolunu oynayır". Rövşən Ağayev hesab edir ki, meyvəçilik sektorunu inkişaf etdirmək üçün təcili qarşıda duran bir neçə vəzifə var. Onun sözlərinıə görə, ilk növbədə bu sektorun inkişafına yönəlik sahə proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar hazırlanmalı, meyvə bağları əkmək istəyən fermerlərə hökumətin güzəştli kreditləri hesabına müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz, dövlət zəmanəti ilə kredit xətləri açılmalıdır.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31