Azərbaycan və Çin arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Çində səfərdə olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt pekində Çin Dəmir Yollarının rəhbər heyəti ilə görüş keçirib.
28 Oktyabr 2016 12:28 İqtisadiyyatÇində səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti paytaxt pekində Çin Dəmir Yollarının rəhbər heyəti ilə görüş keçirib. "OLAYLAR"-ın Səhmdar Cəmiyyətə istinadən verdiyi xəbərə görə, görüşdə ölkəmizi "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və digər rəsmi şəxslər, qarşı tərəfi isə "Çin Dəmir Yolları"nın baş direktorunun müavini Yan Yudunun başçılıq etdiyi heyət təmsil edib. Pekin danışıqlar zamanı Yan Yudun, Cavid Qurbanobva Çin dəmir yollarının strateji inkişafı haqda ətraflı məlumat verərək, gələcək perspektivli layihələr barədə söhbət açıb. Bildirib ki, Çin iqtisadiyyatının inkişafı, Qərb və xüsusi ilə Avropa ölkələri ilə ticarət dövriyyəsnin ildən- ilə artması, yüklərin nəql edilməsi yollarının diversifikasiyası qarşıda duran vacib məsələlərdən biridir. Onun sözlərinə görə, Çin Xalq Respublikasının Sədri Si Czipinin təşəbbüsü ilə "Bir kəmər bir yol" proqramı hazırlanıb və bu layihəyə əsasən Yeni İpək Yolunun dirçəldilməsi nəzərdə tutulub. "Çin Dəmir Yolları"nın Baş direktorunun müavini Azərbaycanın tranzit imkanlarından istifadə edilməsi həmin proqramın tərkib hissəsi olduğunu qeyd edib. Öz növbəsində Azərbaycanın tranzit potensialı, əlverişli coğrafi mövqeyi haqda söhbət açan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov ölkəmizdə reallaşan iri infrastruktur layihələri haqda Çin tərəfinə geniş məlumat verib. Bildirib ki, tikintisi sona çatmaqda olan Bakı-Tbilisi-Qars dəmir yolu, bütöv bir regionu Avropa dəmir yolları şəbəkəsinə birləşdirəcək, Astaradan irana qədər dəmir yolunun inşası isə dəmir yolu vasitəsi ilə ölkəmizi İran körfəzi və Hind okeanı ölkələri ilə birləşdirəcək. Cavid Qurbanovun sözlərinə görə, Çin hər iki dəmir yolundan rahatlıqla istifadə edərək, qısa zaman kəsiyində Türkiyə, Avropa və İranla idxal-ixrac əməliyyatlarını həyata keirmək imkanı əldə edəcək. Görüşdə Çin Dəmir yollarının rəhbərliyi Azərbayacan ərazisindən keçməklə TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutundan geniş istifadə edliməsindən maraqlı olduqlarını nəzərə çatdırıblar. Bildiriblər ki, Azərbaycanın əlverili coğrafi mövqeyi Cindən daşınan yüklərin Gürcüstan, Qara Dəniz hövzəsində yerləşən limanlara, həmçinin Cənubi Rusia və İran istiqamətində paylaşdirılmasını həyata keçırmək istiqamətində bir hub rolunu oynamağa imkan yaradır.