Fermer torpaqlarının dövlət qeydiyyatında müsbət dəyişikliklər baş verir
Dünya bazarlarında neft qiymətlərində baş verən məlum proseslərdən sonra Azərbaycanda qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrildi. Ötən müddət ərzində qeyd edilən istiqamətlərdə görülən işlər, hökumətin bu sahəyə ayırdığı diqqət fermer təsərrüfatlarının daha da inkişaf edəcəyinə əminlik yaranıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ən son Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair keçirilən iclasında da ölkədə fermer təsərrüfatlarının inkişaf etdirilməsi məsələsinə toxunaraq bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onu da etiraf etmək lazımdır ki, son aylar ərzində bu istiqamətdə əsaslı addımlar müşahidə edilməkdədir. Xüsusilə, fermerlərə məxsus olan torpaqların sənədləşdirilməsi istiqamətində həyata keçirilən sadələşdirilmə prosesini bu sıraya əlavə etmək olar. Ancaq müəyyən mənada problemlərin qaldığı da söylənilir.
28 Oktyabr 2016 15:22 İqtisadiyyatDünya bazarlarında neft qiymətlərində baş verən məlum proseslərdən sonra Azərbaycanda qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi prioritet vəzifələrdən birinə çevrildi. Ötən müddət ərzində qeyd edilən istiqamətlərdə görülən işlər, hökumətin bu sahəyə ayırdığı diqqət fermer təsərrüfatlarının daha da inkişaf edəcəyinə əminlik yaranıb. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də ən son Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair keçirilən iclasında da ölkədə fermer təsərrüfatlarının inkişaf etdirilməsi məsələsinə toxunaraq bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Onu da etiraf etmək lazımdır ki, son aylar ərzində bu istiqamətdə əsaslı addımlar müşahidə edilməkdədir. Xüsusilə, fermerlərə məxsus olan torpaqların sənədləşdirilməsi istiqamətində həyata keçirilən sadələşdirilmə prosesini bu sıraya əlavə etmək olar. Ancaq müəyyən mənada problemlərin qaldığı da söylənilir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü Samir Əliyev məsələ ilə bağlı fikirlərini bildirərkən ilk növbədə diqqəti Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə hazırladıqları və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" hesabatına çəkib. Onun sözlərinə görə, 2017-ci il üzrə hesabatda Azərbaycanın mövqeyi bir sıra sahələrdə, o cümlədən əmlakın qeydiyyatı sahəsində pisləşib: "Əmlakın qeydiyyatı meyarına görə əvvəllər mövqeyimiz yaxşı olub və ilk yerləri bölüşmüşük. Ancaq təəssüf ki, son vaxtlar mövqeyimizi itiririk və ötən illə müqayisədə daha bir pillə aşağı düşərək 190 ölkə arasında 22-ci olmuşuq. Halbuki bu meyar üzrə Qonşu Gürcüstan 3-cü, Belorus 5-ci, Estoniya 6-cı, Rusiya 9-cu, Ermənistan 13-cü, Qazaxıstan 18-ci yeri tutub. Məsələn, hesabata görə, Gürcüstanda qeydiyyat üçün 1 gün, Belorusda 3 gün tələb olunduğu halda Azərbaycanda 8,5 günə bərabərdir". Samir Əliyev son 3 ildə fermer torpaqlarının dövlət qeydiyyatında baş verən bir sıra müsbət dəyişiklikləri də qeyd edib. Onun sözlərinə görə, dövlət reyestrindən arayışların alınması və qeydiyyatı prosedurları sadələşdirilsə də ilkin qeydiyyatda olan problemlər qalmaqdadır. "Qeydiyyat orqanının dövlət reyestrindən arayış və ya əsaslandırılmış imtina məktubunu almaq üçün ona müraciət etmiş şəxsə cavab müddəti 5 iş günündən 1 iş günə qədər azaldılıb. Bundan başqa daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarış verilməsi müddəti 20 gündən 10 günə qədər azaldılıb. Hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi isə daha qısa müddətdə - 3 gün müddətində veriləcək. Əsas sadələşdirmə notarial kontorları ilə reyestr xidməti arasındakı prosedurlarda aparılıb. Son dəyişiklikdən sonra notarius elektron qaydada zəruri arayışları reyestrdən əldə edir və təsdiqlənmiş müqavilə yenidən elektron qaydada reyestrə göndərilir". Ekspertin fikrincə, təkrar qeydiyyat xeyli sadələşdirilsə də, ilkin qeydiyyat problemləri hələ də qalır: "Bələdiyyə torpağının tanınması üçün dövlət tərəfindən verilən aktların olmaması, torpağın sahibi öldükdə vərəsəlik prosedurlarına düzgün riyaət edilməməsi, özəl mülkiyyəti təsdiq edən müvafiq sənədlərin olmaması və s. kimi hallar torpağa sahib olan fermer üçün həmin torpağın qeydiyyata daxil edilməsində problemlər yaradır. Notarial kontorlarda ehtiyac duyulmayan sənədlərin təsdiq etdirilməsi zəruriliyi, notarial təsdiq üçün fermerlərdən əlavə vəsait alınması fermerlərin xərcini artırır. Hərrac və ya müsabiqə vasitəsilə satılmış torpaq üçün bu quruma 2 dəfə rüsum ödənilir. Bu ikiqat rüsum torpağın son satış qiymətində oturaraq onu bahalaşdırır və torpağa sahib olan fermer xərcini artırır".
Məhəmməd