İqtisadiyyat
Avronun ucuzlaşması Avropa avtomobillərinin ucuzlaşmasına səbəb olacaq
Son zamanlar dünya bazarında avronun ABŞ dollarına qarşı məzənnəsinin 4%-dək ucuzlaşması Avropa İttifaqı ölkələrində istehsal edilən avtomobillərin qiymətinin düşməsinə səbəb olub.
Hər 3 müəllimdən birinin əmək haqqı ARTIRILACAQ
Azərbaycanda gələn il əmək haqqı artırılan müəllimlərin sayı 100 min nəfərə çatdırılacaq. Bu da ölkə üzrə hər 3 müəllimdən birinin əmək haqqının artımla ödənilməsi deməkdir.
ABŞ-da neft ehtiyatları proqnozlardan daha çox artıb
Ötən həftə ABŞ-ın neft ehtiyatları artıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Neft İnstitutunun (API) yaydığı məlumatda deyilir.
Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı azalıb
Bu ilin sentyabr ayında xarici ölkə vətəndaşları Türkiyədən 1299 mənzil alıblar. Olaylıar.az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Statistika Müəssisəsi məlumat yayıb.
Qorxunc PROQNOZ
Buz dövrünün başlayacağı vaxt AÇIQLANDI Kembric universitetinin alimləri hesab edir ki, 15 ildən sonra dünyada temperaturun kəskin aşağı düşəcəyi gözlənilir.
Neft qiymətlərinin stabilliyinə nail olmağın ən “əlçatan” yolu
Ötən həftəyə damğasını vuran əsas xəbərlərdən biri Venesuela prezidenti Nikolas Maduronun Azərbaycana qəfil səfər etməsi oldu. Qısamüddətli səfər çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşən Venesuela prezidentinin açıqlamalarından aydın oldu ki, onu düşündürən əsas məsələ dünya bazarlarındakı neft qiymətləridir və Azərbaycanla da əsas bu məsələdə əməkdaşlılğa üstünlük verir. Düzdür, dövlət başçılarının görüşündə hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı. Ancaq əsas diqqətdə olan məsələ məhz neft idi. Elə Venesuela prezidentinin Azərbaycana səfərinin nəticələrini şərh edən iqtisadçılar da bu qənaətdədirlər.
Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
Noyabrın 1-də Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcək. Tədbir çərçivəsində forumun plenar iclası, sənaye, turizm, aqrar və humanitar sahələr üzrə “dəyirmi masa”lar keçiriləcək və Azərbaycan-Rusiya biznes forumu təşkil ediləcək. Forumda bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.
Sosial müdafiə şəbəkəsi üzrə qiymətləndirmənin nəticələrinə dair təqdimat olub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının ekspert qrupunun Azərbaycanın sosial müdafiə şəbəkəsi və onun nəticələri ilə bağlı hazırladıqları hesabat layihəsinin təqdimatı olub.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin sayı 31-ə çatıb
İqtisadiyyat Nazirliyi tərəfindən mənzil-kommunal sahəsində qanunvericiliyin təbliği, bu sahədə formalaşmaqda olan yeni münasibətlər, çoxmənzilli binalarda mütərəqqi idarəetmə üsullarının tətbiqinə dair maarifləndirmə tədbirləri davam etdirilir.
İri xarici hava limanlarında "Made in Azerbaijan" rəfləri yaradılacaq
Dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" 5 oktyabr 2016-cı il tarixli fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan" brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.
Cəmiyyətdə yanlış baxış sistemi mövcuddur
Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında baş verən arzuedilməz tendensiya, manatın Amerika dollarına nisbətən dəyərinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi daha çox banklarla onun müştəriləri arasında ciddi problemə yol açdı. Belə ki, devalvasiyaya qədər bankdan Amerika dolları ilə kredit götürən vətəndaşların banka olan borclarının devalvasiyadan sonra yeni məzənnə ilə hesablanması bankla onun müştərisi arasında anlaşılmaz yaratdı. Nəticə etibarilə bankdan kredit götürmüş vətəndaşların əksəriyyətinin yeni məzənnəyə uyğun olaraq krediti geri qaytara bilməməsi bu maliyyə qurumlarının bir çoxunu iflas həddinə gətirib çıxardı. Nəticə etibarilə ötən ilin sonlarından bu günə qədər olan müddətdə bir neçə bank öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Hazırda da bu mənfi tendensiya davam etməkdədir.
Azərbaycanda bir ayda 16 min kredit kartı dövriyyədən çıxarılıb
Cari ilin avqust ayında Azərbaycanda kredit kartları ilə ölkə daxilində 188 mln. manat həcmində 946 min əməliyyat həyata keçirilib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, aylıq müqayisədə əməliyyatların həcmində 40 mln. manat və ya 27%, əməliyyatların sayında isə 93 min və ya 11% artım olub.
Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib
Oktyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
Deputat: “Banklar ölkədə istədiklərini edirlər”
“Biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq”.
Kommersiya banklarının problemləri var
Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb.














