Deputat: “Banklar ölkədə istədiklərini edirlər”
“Biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq”.
21 Oktyabr 2016 16:21 İqtisadiyyat"Biz çalışmalıyıq ki, insanların banklardan asılılığını azaldaq və bankların insanlardan asılılığını çoxaldaq". Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanov Milli Məclisin İqtisadi Siyasət komitəsində "Kredit büroları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.Millət vəkili söyləyib ki, bu gün banklar ölkədə istədiklərini edirlər: "Çünki bu gün banklar istədiyini deyir, istədiyini edir və idarə edir. Ona görə də insanların vəziyyəti yaxşılaşsa, devalvasiyanın getməyindən qorunarıq. İnsanların əmək haqlarını yüksəltmək lazımdır. Əhalinin maddi rifahını yüksəltməliyik ki, əmək haqqı artırılsın və insanlar layiqli yaşaya bilsinlər.Vergi siyasətində çox böyük dəyişiklər edilməlidir. Vergi siyasətinin bazasını böyütmək, dəyişmək və dolğunlaşdırmalıyıq. Hər kəs vergi ödəməlidir, vergiləri sərtəşdirməklə yanaşı, bazasını yumşaltmalıyıq. Elə etməliyik ki, hər kəs vergi yüklərini ödəyə bilsin. Yəni hər bir kəs qazancına uyğun vergisini verə bilsin".