İri xarici hava limanlarında "Made in Azerbaijan" rəfləri yaradılacaq
Dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycan prezidentinin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" 5 oktyabr 2016-cı il tarixli fərmanından irəli gələn vəzifələrin icrası ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, hazırda ixrac missiyalarının təşkil olunacağı xarici ölkələr, ölkə stendinin təqdim olunacağı beynəlxalq sərgi və yarmarkalar müəyyənləşdirilir, "Made in Azerbaijan" brendinin təbliğ olunacağı məhsullara və həmin məhsulların təqdim ediləcəyi mağazalar şəbəkəsinə dair araşdırmalar aparılır, bu sahədə müvafiq qaydalar və meyarlar hazırlanır. İlkin olaraq, İstanbul, Moskva, Frankfurt, Dubay və digər iri hava limanlarındakı "Duty Free" mağazalarında, Rusiyanın tanınmış mağazalar şəbəkələrində "Made in Azerbaijan" rəflərinin yaradılması və Azərbaycan şərablarının, mürəbbə, bal, xalça, kələğayi və s. kimi məhsulların təqdim olunması təklif edilir. Xarici ölkələrin ictimai yerlərində və KİV-lərində "Made in Azerbaijan" brendi ilə Azərbaycan meyvələrinin, şərab və şirələrinin, eləcə də xalçalarının təbliğ olunması planlaşdırılır.
24 Oktyabr 2016 13:51 İqtisadiyyatKənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq

Bununla yanaşı, 2016-cı ildə Çin və Birləşmiş Ərəb Əmirliklərinə, gələn ilin əvvəlində isə Almaniyada keçiriləcək "Yaşıl həftə" sərgisinə təşkil olunacaq ixrac missiyalarına dair hazırlıq işləri aparılır. Bundan başqa, Avropa İttifaqı, Rusiya və ərəb ölkələrinə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün bazar araşdırmalarına başlanılacaq. Eyni zamanda, ixrac məlumat bazasının (elektron portal) yaradılması üçün işlər davam etdirilir. Artıq elektron portal test rejimində fəaliyyət göstərir. Artıq iqtisadi inkişaf naziri Şshin Mustafayev tərəfindən dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsinə dair müsabiqənin təşkili və keçirilməsi, bazar araşdırmasını və tədqiqat-inkişaf proqramlarını həyata keçirəcək ixtisaslaşmış yerli və ya xarici hüquqi və ya fiziki şəxslərin seçilməsi ilə bağlı müsabiqələrin təşkili və keçirilməsi qaydalarının, ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi, beynəlxalq sərgi və yarmarkalarda iştirak meyarlarının bir ay müddətinə hazırlanması barədə nazirliyin aidiyyəti struktur bölmələrinə göstərişlər verilib. Bundan başqa, bir ay müddətində "Made in Azerbaijan" rəflərinin yerləşdirilməsi nəzərdə tutulan xarici ölkələrdə fəaliyyət göstərən mağazaların, o cümlədən rüsumsuz ticarət mağazalarının ("duty free") siyahısı müəyyənləşdiriləcək, "Made in Azerbaijan" brendi təşviq ediləcək xarici ölkələr, həmin ölkələrdə reklam yerləşdiriləcək ictimai yerlər və kütləvi informasiya vasitələrinin seçilməsi, tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarları hazırlanacaq. Eyni zamanda, Azpromo-ya ABŞ-ın prestijli mağazalarında "Made in Azerbaijan" brendi ilə Azərbaycan məhsullarının satışına dəstək göstərilməsi nəzərdə tutulur. Həmçinin, ənənəvi bazarlarda fəaliyyətin gücləndirilməsi, yeni bazarların araşdırılması, ixracı təşviq olunan məhsulların nomenklaturunun genişləndirilməsi, bal, meyvə-tərəvəz, nar və sair üzrə assosiasiyaların yaradılmasının dəstəklənməsi, oktyabr ayında İxrac Konfransının təşkili planlaşdırılır.
Bununla yanaşı, daxili bazarın qorunması istiqamətində də bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Nazirlikdən bildirilib ki, Nazirlər Kabinetinin 2016-cı il 23 sentyabr tarixli qərarı ilə bir sıra kənd təsərrüfatı və emalı məhsulları, inşaat materialları üzrə idxal gömrük rüsumlarının artırılması yerli istehsalın qorunmasına, istehsalın genişlənməsinə və ixrac imkanlarının artırılmasına əlavə stumul yaradır. Bu sahədə xüsusi əhəmiyyət kəsb edən və oktyabrın 13-dən qüvvəyə minən "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Qanunun icrası istiqamətində tədbirlər görülür. Məlumatda o da bildirilir ki, dövlət başçısının tapşırığına əsasən, istehlak bazarında süni qiymət artımına yol verilməməsi üçün tədbirlər davam etdiriləcək, bu sahədə dövlət və ictimai nəzarət gücləndiriləcək, istehlak bazarında tələbatın yerli məhsullar hesabına daha dolğun ödənilməsi və qiymət intizamına əməl olunmasına diqqət daha da artırılacaq. Bu məqsədlə mütəmadi olaraq təhlilər aparılacaq, qiymət dəyişiklikləri baş verən hallarda səbəblər araşdırılacaq, müvafiq tədbirlər görüləcək. Ümumilikdə isə dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdirdiyi proqram xarakterli çıxışından irəli gələn vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.
Alim