Kommersiya banklarının problemləri var
Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb.
21 Oktyabr 2016 15:04 İqtisadiyyatRüfət Aslanlı: "Xarici valyutada depzoitlərin gəlirliyi 1%-ə enib"
Milli Məclisin İqtisadi Siyasət komitəsinin bugünkü iclasında "Kredit büroları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədovla Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı arasında maraqlı dialoq yaranıb. Belə ki, Rüfət Aslanlı Vahid Əhmədovun banklara və Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanladığı ittihamlara cavab verərkən təmsil etdiyi qurumun dövlətin tərəfində olduğunu bildirərək Azərbaycanda baş tutmuş Konstitusiya dəyişiklərindən danışıb: "Biz dövlətin tərəfindəyik. Dövlət isə xalqdır. Dövlət xalqın iradəsini ifadə etməlidir. Mən hesab edirəm ki, Azərbaycan iqtidarı hər zaman xalqın iradəsini ifadə edib, edir və etməkdədir. Bunu öz gündəlik fəaliyyətində nümayiş etdirir. Bir müddət öncə cənab prezidentin təşəbbüsü ilə Konstitusiyay edilmiş dəyişiklərlə bağlı keçirilən refendumda Azərbaycan xalqının göstərdiyi münasibət dövlət, dövlət orqanlarını xə xalqın yekdilliyinin sübutudur. Mən siyasətçi deyiləm. Bununla da məsələnin siyasi hissəsini bitirirərəm". Deputat Vahid Əhmədov isə maliyyə qurumu rəhbərinin siyasətdən danışmasına bu cür münasibət bildirib: "Sən artıq keçdin siyasətə...". Belədə Rüfət Aslanlı isə deyib ki, "mən ittihamlara reaksiya verməliyəm. Biz işimizlə məşğuluq deyə bütün məsələlərə və fikirlərə çox həssas yanaşırıq". Mübahisəyə müdaxilə edən deputat Əli Məsimli bildirib ki, daxil olan müraciətlər əsasında demək olar ki, devalvasiyadan sonra insanların qaytaracağı məbləğ artıb: "Müştəri var ki, 9300 dollar məbləğində kredit götürüb, onun müəyyən hissəsini ödəyib. Devalvasiyadan sonra bank ona deyir ki, sən 14 min manat əlavə ödəməlisən. Belə çıxır ki, müştəri 9300 dollar kreditə görə, 23 min manata yaxın kredit ödəməlidir". Deputat bildirib ki, Rüfət Aslanlının rəhbəri olduğu Palata bankları yox xalqı müdafiə etməlidir: "Maliyyə Bazarlarına Nəzarət Palatası bankların yox, insanların tərəfində olmalıdır, Azərbaycan dövlətinin maraqlarını qorumalıdır. İnsanlar banklardan yox, banklar insanlardan asılı olmalıdır. İndi demək olar ki, banklar insanları idarə edir". Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı isə bu fikirlərlə razılaşmayıb: "Devalvasiyadan əvvəl xarici valyutada öhdəliklər ümumi öhdəliklərin 47%-ni təşkil edirdi. Devalvasiyadan sonra manat ifadəsində ödəniş ikiqat artıb. Amma nəzərə almaq lazımdır ki, banklar öz sərvətləri hesabına kredit verməyib. Bankların verdiyi kredit cəmi kapitallarının və 10 il ərzində qazandıqları puldan çoxdur. Banklar krediti biznes subyektlərindən, əhalidən cəlb etdiyi pullar hesabına verib. Banklara kredit qaytarılmalıdır ki, banklar da öz öhdəliyini yerinə yetirə bilsin. O ki qaldı Palatanın bankların tərəfində durmasına, rəhbərlik etdiyim qurum dövlətin, xalqın maraqlarını qoruyur". R. Aslanlı bankların məcburi qaydada təmərküzləşməsinin tərəfdarı olmadığını söyləyib: "2-3 bankın, sığorta şirkətinin məcburi qaydada birləşdirilməsi uğursuz cəhddir. Bir problemin digər problemlə birləşdirilməsi bir böyük problemin yaranmasına səbəb olur. Bu zaman mahiyyət etibarilə heç nə dəyişmir. Məsuliyyət eyni olaraq qalır". R.Azlanlı əlavə edib ki, problemli kreditlərlə bağlı yaxın günlərdə qərar qəbul ediləcək. Daha dəqiq, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda sistem əhəmiyyətli banklara dəstək mexanizmi hazırlayıb. Palata sədri söyləyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda bank sektorunun problemli aktivlərini "bir dam altında" birləşdirməyi planlaşdırır. R. Aslanlı qeyd edib ki, hökumət artıq müəyyən müddətdir problemli aktivlərin idarə edilməsinin institusionallaşdırılmasını müzakirə edir: "Müvafiq hesabat artıq Azərbaycan Prezidenti Administrasiyasına təqdim edilib. Maliyyə Sabitliyi Şurası artıq bunun üzərində çalışır və böyük ehtimalla yaxın günlərdə qərar qəbul olunacaq". O, bildirib ki, bankların məcburi təmərküzləşdirilməsini siyasət elemeti kimi qəbul edilmir: "Biz tənzimləyici olaraq 2-3 bankın, sığorta şirkətinin, qurumun birləşdirilməsini uğursuz cəhd sayırıq. Bu məsələlər əvvəllər sınaqdan keçirilib. Məcburi qaydada iki qrupun birləşməsi idarətemədə fəsadlar yaradır. İki problem üst-üstə gəlir. Mahiyyət və məsuliyyət dəyişmir. Bank sektorunun sağlamlaşdırılmasında dünya təcrübəsini əsas götürmüşük", - deyə R.Aslanlı əlavə edib. Onun sözlərinə görə, bank sektorundakı problemlər bəlli oluib: "Bu, mövcud qeyri-işlək aktivlər, bank sektorunun xarici valyuta balansının kəsiri, ikiqat devalvasiyanın müəyyən kapital itkiləri formasında təzahür etməsidir. Bu da müəyyən gərginlik yaratmışdır. Palata olaraq bank sektorunun dərin diaqnostikasını aparmışıq, sağlamladırılması üzrə müvafiq siyasət hazırlamışıq. Bu tədbirlər müxtəlif bank qrupları üzrədir. Sistem əhəmiyyətli banklar var ki, bunların iflası həmin bankların müştəriləri ilə yanaşı maliyyə sektoru, iqtisadiyyatın dayanıqlılığına təsir edə bilər. Bankların sistem əhəmiyyətli meyarlarını müəyyən edərək bu bankların zərurət yaranarsa, dövlət tərəfindən dəstəklənməsi layihəsini hazırlamışıq. Artıq iki bank haqqında dövlət dəstəyinə qərar verilib. Azərbaycan Beynəlxalq Bankına zəruri likvidlik vəsaitləri ayrılır". R.Aslanlı qeyd edib ki, "Bank Standard"ın da sistemdə qalması üçün cəhdlər edilib: "3 ayda 40 min əmanətçini yola saldıq. Daha sonra məlum oldu ki, Bankın sağlamlaşdırılması üçün çəkilən xərclər vergi ödəyiciləri üçün ikiqat artıq olacaq, nəinki bankın sistemdən çıxarılması. Qorunan əmanətlər 100% kompensasiya olunur. Sosial ədalətin pozulması fikri ilə razı deyiləm. Bankda 15 minədək əmanətçinin kompensasiyası manatda ödəniləcək, çünki əgər əmanətlər bir neçə valyutadırsa, əmanətlər birləşdirilir və kompensasiya manatda ödənilir". R.Aslanlı onu da bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici valyutada olan öhdəliklərin icrası ilə bağlı problemlərı var: "Devalvasiyadan əvvəl bank kreditlərinin 47%-ni valyutada kreditlər təşkil edirdi. İkiqat devalvasiyadan sonra 47% kredit manat ifadəsində 2 dəfə artıb. Ona görə kreditlərin ödənilməsində problemlər var. Banklar həmin kreditləri öz sərvətləri hesabına verməyib. Kredit qoyuluşları 16 mlrd. manat təşkil edir. Əhalidən, biznesdən depozitlər cəlb olunub. Depozitlərin isə 80%-i valyutadır. Əgər banklar kreditləri geri ala bilməsə, "Bank Standard" kimi bankarın sayı artar. Banklar öz vəsaitlərini ödəyə bilmir. Bu məsələ sistemli həll olunmalıdır. Bu problemin artmasının qarşısını almışıq. Valyutada kreditləşmə məhdudlaşdırılıb. Xarici valyutada depzoitlərin gəlirliyi 1%-ə enib. Bu məsələdə onları tənzimləyən tələblər görürük. Həmin məsələlər diqqətimizdədir".
Alim