ABŞ-da neft ehtiyatları proqnozlardan daha çox artıb

Ötən həftə ABŞ-ın neft ehtiyatları artıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Neft İnstitutunun (API) yaydığı məlumatda deyilir.

Ötən həftə ABŞ-ın neft ehtiyatları artıb. "APA-Economics" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Neft İnstitutunun (API) yaydığı məlumatda deyilir.
 

API-nin məlumatına görə, oktyabrın 21-də yekunlaşan həftə ərzində neft ehtiyatları 4,8 mln. barrel artaraq 471,9 mln. barrelə çatıb. Halbuki, analitiklər ehtiyatların 1,7 mln. barrel artacağını proqnozlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31