Cəmiyyətdə yanlış baxış sistemi mövcuddur

Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsindən sonra maliyyə bazarlarında baş verən arzuedilməz tendensiya, manatın Amerika dollarına nisbətən dəyərinin nəzərə çarpacaq dərəcədə aşağı düşməsi daha çox banklarla onun müştəriləri arasında ciddi problemə yol açdı. Belə ki, devalvasiyaya qədər bankdan Amerika dolları ilə kredit götürən vətəndaşların banka olan borclarının devalvasiyadan sonra yeni məzənnə ilə hesablanması bankla onun müştərisi arasında anlaşılmaz yaratdı. Nəticə etibarilə bankdan kredit götürmüş vətəndaşların əksəriyyətinin yeni məzənnəyə uyğun olaraq krediti geri qaytara bilməməsi bu maliyyə qurumlarının bir çoxunu iflas həddinə gətirib çıxardı. Nəticə etibarilə ötən ilin sonlarından bu günə qədər olan müddətdə bir neçə bank öz fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Hazırda da bu mənfi tendensiya davam etməkdədir.

Yaranmış vəziyyətlə əlaqədar bir sıra ekspertlər, iqtisadçılar tərəfindən müəyyən təkliflər irəli sürülsə də, lakin səsləndirilən təkliflərin hər iki tərəfi tam mənada qane etməməsi problemin həllini mümkünsüz edir. Bəzi ekspertlər isə ümumiyyətlə, problemli kredit məsələsinin hökumət tərəfindən həll edilməsini münasib sayır. Hətta vətəndaşın banka olan borcunun müəyyən məbləğinin silinməsini, yaxud bunun hökumət tərəfindən qarşılanmasını təklif edir. Təbii ki, buna qarşı əks arqumentlər qoyanlar da yox deyil. Daha doğrusu haqlı olaraq hökumətin belə bir addım atmağa məcbur olmadığını düşünən iqtisadçılar da var.

İqtisadçı Pərviz Heydərov da hesab edir ki, cəmiyyətdə çox yanlış bir baxış sistemi mövcuddur: "Vətəndaş əgər, iqtisadi baxımdan səhv edibsə və yaxud da riskə yol veribsə, bundan doğan acı nəticənin də məsuliyyətini və cavabdehliyini məhz hökumət və yaxud daha dəqiq desək, dövlət daşımalıdır. Sual yaranır ki, niyə ?! Fikrimcə, bu, sosialist düşüncə tərzinin təzahürüdür və sovet dövründən qalma bir yanaşma metodur. İndi də qızğın müzakirə mövzusuna çevrilən məsələ odur ki, əhalinin lisenziyası əlindən alınmış banklardakı xarici valyuta ilə olan əmanətləri guya, həmin əmanətlər banka yerləşdirildiyi vaxtdakı kursla - köhnə məzənnəylə qaytarılır. Bir müddət əvvəl isə qeyd edirdilər ki, ümumiyyətlə, əmanətlər üzrə kompensasiyalar heç qoyulduğu növdə valyuta, yəni xarici valyuta ilə qaytarılmır. Halbuki, heç bir halda belə bir hal baş verməyib. Çünki, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının qanununda açıq şəkildə qeyd olunur. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. Bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur. O ki qaldı məzənnə məsələsinə, sığortalanma şərtlərinə uyğun, yəni ki, indiki halda manatla 15 faiz, dollarla isə 3 faiz təkliflə yerləşdirilmiş əmanətlər

sığorta hadisəsi baş verən gündə qeydə alınmış kursdan kənar məzənnə ilə qaytarılmır və heç bir halda da qaytarıla bilməz. Nəyinki "Bank Standard" üzrə, hətta indiyədək bağlanmış bütün digər banklar üzrə də". İqtisadçı deyib ki, bu ilin mart ayının 1-dək isə sözügedən şərtlər manat və dollarla da 12 faiz idi. Hələ üstəlik, 30 min manatədək limit şərti də vardı. Qeyd olunan tarixdən sığorta şərtləri manatla 12, dollarla isə 3 faiz təkliflə edilməklə, maksimal məhdudiyyət aradan qaldırıldı. Sentyabrdan isə manatla faiz şərti 15 faiz edildi2. Pərviz Heydərovun sözlərinə görə, göstərilən şərtlərdən kənar yerləşdirilmiş, yəni sığortalanmayan əmanətlər üzrə kompensasiyaların necə və hansı şəkildə qaytarılmasının isə bütün bunlara heç bir dəxli yoxdur: "O cümlədən, yuxarıda adını çəkdiyimiz qanunun 27,3 maddəsində uyğun gələn vətəndaşların əmanətləri üzrə kompensasiya ödənişlərinin. Yeri gəlmişkən, məsələn, bu gün bilavasitə "Bank Standard "da 262 min bank hesabı, 158 min əmanətçi var ki, bunun 15 minə qədər hissəsinin əmanəti məhz 27,3 maddəsinə uyğun olaraq qaytarılır".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31