Amerika Ticarət Palatasında Azərbaycanla bağlı tədbir keçirilib
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edərək “Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar” mövzusunda çıxış edib.
31 Oktyabr 2016 14:57 İqtisadiyyatAzərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının dəvəti ilə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Palatanın təşkil etdiyi tədbirdə iştirak edərək "Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesinin hazırkı mərhələsi və gələcək imkanlar" mövzusunda çıxış edib. Komitədən verilən məlumata görə, komitə sədri ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, daşınmaz əmlakın idarə edilməsi və qeydiyyatı sahəsində innovativ və elektron xidmətlər, habelə gələcək perspektivlər haqqında təqdimatla çıxış edib. Komitə sədri Kərəm Həsənovun təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanmış, onların xarici investorların özəlləşdirmədə iştirakının hüquqi rejimi, investisiyalara təminat, xarici investorlara tətbiq edilməsi mümkün olan güzəşt və imtiyazlar, habelə bu sahədə nüfuzlu məsləhətçi şirkətlərin rolu haqqında çoxsaylı sualları cavablandırılmışdır. Yerli və xarici iş adamları və biznes nümayəndələri ilə bu formatda görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb.