İsmayıllı sahibkarları ilə görüş keçirilib

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vaxtaşırı olaraq rayonumuzda sahibkarlar, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşlər keçirir, onlara kredit alınması ilə əlaqədar lazımi istiqamət verir.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vaxtaşırı olaraq rayonumuzda sahibkarlar, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşlər keçirir, onlara kredit alınması ilə əlaqədar lazımi istiqamət verir. "OLAYLAR"-ın xəbərinə görə, növbəti belə tədbirin 10 noyabr 2016-cı ildə rayonun Qalınçaq kənd orta məktəbinin binasında keçirilib. Tədbiri giriş sözü ilə RİH başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açıb. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və rayonumuzda həyata keçirdiyi tədbirlər barədə ətraflı danışdı. Sonra fondun sədri Şirzad Abdullayev çıxış edib və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb. Tədbirdə İsmayıllı rayonunun və bir neçə qonşu rayonların nümayəndələrindən ibarət 110 nəfər iştirak edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31