Gündəm

Hava limanında TERRORÇU saxlanıldı: uçuşlar dayandırıldı

5 May 2017 14:49

İngiltərənin paytaxtı Londondakı Heasrov hava limanının üç nömrəli terminalında, Türkiyədən gələn bir terror şübhəlisi yaxalanıb. Uçuşlar qısa müddətə dayandırılıb. Heasrov hava limanının sözçüsü etdiyi açıqlamada "Terminal 3-dəki uçuşlarımız təhlükəsizlik problemi səbəbiylə qısa müddətlik təxirə salınıb. Bütün sərnişinlərdən üzr istəyirik" deyib.

Ərəblər Merkelin başına "oyun açdı"

5 May 2017 14:47

Bir neçə gün öncə Səudiyyə Ərəbistanına səfər edən Almaniya kansleri Angela Merkel senzura ilə qarşılaşıb. Kanslerin açıq başı qeyri-adi şəkildə bağlanıb. Bu foto sosial şəbəkələrdə sürətlə yayılıb.

Erməni general vəzifəsindən istefa verdi

5 May 2017 14:46

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin Xilasetmə xidmətinin direktor müavini, general-mayor Nikolay Qriqoryan vəzifəsindən azad edilib. General-mayor öz istəyi ilə vəzifəsindən gedib. Nikolay Qriqoryan istefasının səbəbini açıqlamayıb.

Rianna filmə çəkilir

5 May 2017 14:44

Məşhur amerikalı müğənni Rianna dünən Nyu-Yorkun Bruklin səmtində idi.  29 yaşlı pop-hahzadə "Ocean Eight" ("Ouşenin səkkiz rəfiqəsi") filminin çəkilişlərinə qatılmışdı. 

Nizami Cəfərov: Azərbaycan dünyada sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir

5 May 2017 14:41

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün dünya üçün aktual olan önəmli məsələlərin müzakirəsi üçün çox mühüm tədbirdir”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib. O, bildirib ki, IV Bakı Forumu öz növbəsində mədəniyyətlər və sivilizasiyalararası gərginliklərin aradan qaldırılması, davamlı inkişaf və inklüziv cəmiyyət məsələlərinin müsbət dinamika üzrə inkişafının təmin edilməsinə töhfələr verəcək. Onun sözlərinə görə, forum həmçinin, beynəlxalq aləmdə sülh və əmin-amanlığın möhkəmlənməsinə, istər etnik-mədəni, istərsə də dini-siyasi sferada konstruktiv ideyaların reallaşması və yayılması prosesinə də müsbət təsir göstərəcək.

"Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib

5 May 2017 14:41

Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində “Gənc Elçilər” Proqramı çərçivəsində "Azərbaycan Gənclərinin Beynəlxalq Təmsilçiliyi" mövzusunda konfrans keçirilib.

Xalçaçıların I ümumrespublika konfransı

5 May 2017 14:42

Mayın 5 – də İqtisadiyyat Nazirliyinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramına həsr olunmuş I ümumrespublika konfransı keçirilib. “Azərxalça” - dan “Olaylar” – a bildirlib ki, konfrans öz işinə “Azərxalça” ASC-nin Mərkəzi Ofisində başlayıb. İştirakçılar və qonaqlar Cəmiyyətin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlifölçülü xalçalarla yanaşı, Cəmiyyətin Füzuli filialının fəaliyyətini, regionlarda təşkil olunmuş tədris-hazırlıq kurslarını, beynəlxalq əlaqələrini, tikinti işlərini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov “Xalçaçı günü” peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd olunmasını Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi kimi dəyərləndirmiş, ölkəmizdə son illərdə bu istiqamətdə görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verdi.

"Bank sahəsində bir sıra ziddiyyətli məsələlər var" - Konstitusiya Məhkəməsinin sədri

5 May 2017 14:32

Konstitusiya Məhkəməsinə müraciətlər, əsasən, mülkiyyət hüququ, sosial, vergi məsələləri ilə bağlı olur. Müraciətlər hüququn bütün sahələrini əhatə edir. Bu gün, əsasən, mülkiyyət məsələləri ilə bağlı müraciətlər daha çoxluq təşkil edir.

Rüfət Hüseynov: “Çalışacağam ki, bir nömrə kimi mövqeyimi qoruyum”

5 May 2017 14:28

Azərbaycan millisinin boksçusu Rüfət Hüseynov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb. 49 çəki dərəcəsində rinqə çıxacaq 20 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Toplanışın son mərhələsini keçirik. Qəbələdə fiziki məşqlərdən sonra hazırlığı Bakıda davam etdiririk. Son çalışmalar taktiki və texniki hazırlıq üzərində qurulub. Artıq özümün ideal formama yaxınlaşıram. Bir qədər fiziki çatışmazlığım vardı ki, onu da aradan qaldırmışam. Bu, Qəbələdəki məşqlərdən sonra mümkün oldu”.

Bolqarıstan vitse-prezidenti: Ekstremizm din və sərhəd tanımır

5 May 2017 14:26

Ekstremizm din və sərhəd tanımır. Bunu Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirələr zamanı Bolqarıstanın vitse-prezidenti İliana Yotova deyib.

Avstriya Xalq Partiyası: Bakı Forumu vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır

5 May 2017 14:21

Bu gün dünyada belə forumların keçirilməsi çox əhəmiyyətlidir və bir çox vacib məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Bunu  Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Avstriya Xalq Partiyasının Şəhər Şurasının üzvü Tomas Rajakoviçs deyib. 

FAO: Bakı pozitiv dünya proseslərində katalizator rolunda çıxış edir

5 May 2017 14:14

Bəşəriyyəti narahat edən qlobal problemlərin yeganə həll yolu dialoqdur. Bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktor kabinetinin direktoru Mario Lyubetkin bu gün Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda panel müzakirələr zamanı deyib.

Rəşad Məcidin kitabları Şəmkir Bilik evində

5 May 2017 14:12

Şəmkir şəhər Heydər Əliyev Mərkəzində Bilik Fondu və Şəmkir Bilik Evinin təşkilatçılığı ilə "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, yazıçı-jurnalist Rəşad Məcidin “Cığıraçan”, “Bir də gəlməyəcək”, “Çiyələk qadın” kitablarının təqdimatı keçirilib. Fonddan “Olaylar” – a bildirlib ki, tədbirdə, Şəmkir Heydər Əliyev Mərkəzinin direktoru, millət vəkili Sona Əliyeva Bilik Fondunun nümayəndəsi Ramilə Qurbanlı, şəmkirli gənclər, ədəbiyyatsevələr iştirak ediblər. Əvvəlcə, S. Əliyeva qonaqları salamlayıb, ardından R.Qurbanlı R.Məcidin yaradıcılığı haqqında iştirakçılara qısa məlumat verib.

Unudulmaz sənətkar Yusif  Vəliyev anılacaq

5 May 2017 14:11

İyun ayının 2-də Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.