Unudulmaz sənətkar Yusif Vəliyev anılacaq
İyun ayının 2-də Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
5 May 2017 14:11 Mədəniyyətİyun ayının 2-də Mədəniyyət və Turizm nazirliyinin təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında görkəmli sənətkar, unudulmaz teatr və kino aktyoru, Xalq Artisti Yusif Vəliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək.
Teatrdan "Olaylar" - a bildirilib ki, tədbirdə sənətkarın həmkarları çıxış edərək görkəmli aktyor haqqında fikirlərini bölüşəcək, onun çəkildiyi filmlərdən və oynadığı rollardan kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru Xalq Artisti Vaqif Əsədov, aparıcı əməkdar İncəsənət Xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlidi.Tədbirdən öncə qonaqlar teatrın foyesində ölməz aktyorun yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olacaqlar.