Ərəblər Merkelin başına "oyun açdı"
Bir neçə gün öncə Səudiyyə Ərəbistanına səfər edən Almaniya kansleri Angela Merkel senzura ilə qarşılaşıb. Kanslerin açıq başı qeyri-adi şəkildə bağlanıb. Bu foto sosial şəbəkələrdə sürətlə yayılıb.
5 May 2017 14:47 DünyaBir neçə gün öncə Səudiyyə Ərəbistanına səfər edən Almaniya kansleri Angela Merkel senzura ilə qarşılaşıb. Kanslerin açıq başı qeyri-adi şəkildə bağlanıb. Bu foto sosial şəbəkələrdə sürətlə yayılıb. İddiaya görə, ölkənin televiziya kanallarından biri Merkelin açıq qalan saçlarını xüsusi effektlə örtüb. Kanal alman rəsminin ölkənin kralı Salmanla görüşü zamanı çəkilən fotosundan istifadə edib. Lakin gerçək qısa zamanda üzə çıxıb. Adı hallanan kanal açıqlama yayaraq bildirib ki, Merkelin saçlarına heç bir müdaxilə etməyib və fotolar olduğu kimi yayımlanıb. Əsasən ərəb və ingilis dillərində paylaşımlar edən "Khase" adlı "Facebook" səhifəsi bunun bir zarafat olduğunu açıqlayıb. Səudiyyə Ərəbistanında qadınların baş örtüyü taxması məcburidir. Lakin rəsmi qonaqlarda bu qadağa qüvvədə deyil. Milli.az istipress-ə istinadən xəbər verir.