Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
20:22 DünyaEstoniyanın müvəqqəti işlər vəkili Rusiyanın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
Onun sözlərinə görə, buna Estoniyanın Rusiya ilə sərhəddəki buraxılış məntəqələrini birtərəfli bağlamaq qərarı səbəb olub.
"Ölkəmizə qarşı düşmənçilik xarakterli hərəkətlərin qəbuledilməzliyi ilə bağlı Rusiyanın mövqeyini Estoniya tərəfinə çatdırmaq məqsədilə Estoniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb. Rusiya tərəfi milli maraqlarını qorumaq üçün bütün zəruri siyasi və diplomatik tədbirləri görmək hüququnu özündə saxlayır", - deyə M.Zaxarova bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00