Xalçaçıların I ümumrespublika konfransı
Mayın 5 – də İqtisadiyyat Nazirliyinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Xalçaçı günü” peşə bayramına həsr olunmuş I ümumrespublika konfransı keçirilib. “Azərxalça” - dan “Olaylar” – a bildirlib ki, konfrans öz işinə “Azərxalça” ASC-nin Mərkəzi Ofisində başlayıb. İştirakçılar və qonaqlar Cəmiyyətin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlifölçülü xalçalarla yanaşı, Cəmiyyətin Füzuli filialının fəaliyyətini, regionlarda təşkil olunmuş tədris-hazırlıq kurslarını, beynəlxalq əlaqələrini, tikinti işlərini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov “Xalçaçı günü” peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd olunmasını Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi kimi dəyərləndirmiş, ölkəmizdə son illərdə bu istiqamətdə görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verdi.
5 May 2017 14:42 SosialMayın 5 - də İqtisadiyyat Nazirliyinin və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə "Xalçaçı günü" peşə bayramına həsr olunmuş I ümumrespublika konfransı keçirilib. "Azərxalça" - dan "Olaylar" - a bildirlib ki, konfrans öz işinə "Azərxalça" ASC-nin Mərkəzi Ofisində başlayıb. İştirakçılar və qonaqlar Cəmiyyətin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlifölçülü xalçalarla yanaşı, Cəmiyyətin Füzuli filialının fəaliyyətini, regionlarda təşkil olunmuş tədris-hazırlıq kurslarını, beynəlxalq əlaqələrini, tikinti işlərini əks etdirən fotostendlər də nümayiş etdirilib. Konfransı giriş sözü ilə açan İqtisadiyyat Nazirinin müavini Niyazi Səfərov "Xalçaçı günü" peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd olunmasını Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi kimi dəyərləndirmiş, ölkəmizdə son illərdə bu istiqamətdə görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verdi.
Prezident İlham Əliyevin 1 may 2017-ci il tarixli sərəncamlarına əsasən Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif olunmuş 27 nəfər xalçaçıya orden və medallar təqdim edilmişdir. "Azərxalça" ASC-nin İdarə Heyətinin Sədri Vidadi Muradov Cəmiyyətin birillik istehsalat fəaliyyəti, bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında "Azərbaycan brendi"nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi, Əyirici-boyaq fabrikinin yaradılmasına dair aparılan işlər və digər perspektivlər haqqında geniş hesabat məruzəsi ilə çıxış etdi.
Bakı şəhəri ilə yanaşı, Şuşa, Ağdam, Bərdə, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Lənkəran, Lerik, Qazax və s. kimi rayonlarından olan xalçaçılar çıxış edərək Azərbaycan dövləti tərəfindən xalçaçılıq sənətinə və onun nümayəndələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər..