Gündəm
Yeni iqtisadi kurs postneft dövründə ölkəmizin uğurlu inkişafını təmin edəcək
“Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi islahatların yeni mərhələsinə başlanılıb. Bu məqsədlə dövlət başçısı bir sıra mühüm Fərman və sərəncamlar imzalayıb, Milli Məclis müvafiq qanunvericilik aktları qəbul edib. Müvafiq dövlət qurumları qarşıya qoyulan hədəflərə çatmaq üçün uğurla fəaliyyət göstərir”.
Zərbələrin səsi 100 metrdən eşidilirdi - Nəhənglərin davası - VİDEO
İki nəhəg erkək zürafə yaşam arealı uğrunda mübarizə aparıblar. Onların davası amansız olub. Olay Cənubi Afrika Respublikasındakı "Hluhluwe Imfolozi Park"da yaşanıb.
Birinci-vitse prezident Mehriban Əliyeva UNESCO-nun baş direktoru ilə görüşüb
Azərbaycan Respublikasının Birinci-vitse prezidenti xanım Mehriban Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşüb. Görüşdə Mehriban Əliyeva İrina Bokovanın Forumda iştirakından məmnunluğunu bildirib, bu beynəlxalq tədbirdə müzakirə edilən məsələlərin aktuallığını qeyd edib.
Hindistanın "oxuyan vicdanı": ondan nazirlər və generallar da çəkinirlər - VİDEO
Onlar məni susdura biləcəklərini düşünməsinlər. Xam xəyaldır, susan deyiləm. Məni ancaq öldürmək olar. Hindistanın cənubundakı Tamil Nadu ştatında ən populyar müğənni Kovan belə deyir. Kovan adi müğənni deyil. Xalq mahnılarını orxumaqla populyarlaşmış Kovan 4 il əvvəl mahnılarını siyasi məzmunlu etirazlara döndərib.
Kirayə verdiyi evdən 6 cəsəd tapıldı - "Evi satacağıq" - VİDEO
Türkiyənin Adana şəhərində Denizhan Derenin kirayə yaşadığı evdə 5 qohumunu öldürdükdən sonra intihar etdiyi haqda xəbər vermişdik. Dəhşətli cinayəti eşitdikdən sonra hadisə yerinə gələn Denizhan Denerin yaşadığı mənzilin sahibəsi Filiz Biricik bu qorxunc olayı xəbərlərdən öyrəndiyini və şok olduğunu söyləyib.
Nazir: "İran yayda Azərbaycandan əlavə həcmdə elektrik enerjisi alacaq"
"Yay aylarında İranın əlavə həcmdə elektrik enerjisinə tələbatı yaranarsa, əldə olunmuş razılaşmaya əsasən Azərbaycan bu tələbatı müəyyən miqdarda ödəyəcək". Bunu Tehran müxbirinə eksklüziv açıqlamasında İranın energetika naziri Həmid Çitçiyan deyib. Onun sözlərinə görə, İranın elektrik enerjisinə tələbatı əsasən yay aylarında artır: "Əldə etdiyimiz razılığa əsasən, İranın elektrik enerjisinə tələbatı yarandığı halda, Azərbaycandan idxal hesabına bu tələbatın bir qismi ödəniləcək. Azərbaycan tərəfi bununla bağlı bizə müsbət cavab verib. İranda əsasən yay aylarında elektrik enerjisinə tələbat artır. Söhbət 130 meqavat həcmində olan elektrik enerjisindən gedir. Elektrik enerjisi mübadiləsi üçün zəruri infrastruktur yaradılıb".
5 may – Xalçaçı günü
Sarkisyanın partiyası daşnaklarla koalisiya yaradacaq
Ermənistan Respublika partiyası Daşnaksütyun partiyası ilə koalisiya quracaq. Bu barədə Respublika partiyasının mətbuat xidmətinin rəhbəri Eduard Şarmazanov məlumat verib. “2017-2022-ci il koalisiyası barədə müqaviləni yaxın vaxtlarda imzalayacağıq”, – deyə Şarmazanov bildirib. O həmçinin deputat sayının 131-dən 105-ə qədər azaldılacağını da vurğulayıb
Türkiyəli iş adamları Xəzər dənizindəki dalğalardan şikayət etdilər
"Biz Azərbaycanda logistika və ticarət sahəsinə sərmayə yatırmağa hazırıq. Amma öncə "Qırmızı Körpü" (Sınıq Körpü) sərhəd keçid məntəqəsində olan problemləri aradan qaldırmaq lazımdır".
70 yaşlı tənha qadını qətlə yetirərək evini qarət etdilər
Masallıda yaşlı qadın qətlə yetirilib. Məlumata görə, hadisə rayonun Ərkivan qəsəbəsində Abaslı məhəlləsində baş verib. Qonşuların bildirdiyinə görə, evdə tək yaşayan Gülgəz İsrafilovanın evinə gecə saatlarında basqın olub. Təxminən 70 yaşlarında olan qadının baş nahiyəsinə kərpic parçası ilə ağır zərbə endirilib. Nəticədə köməksiz qalan qadın dünyasını dəyişib. Evə qarət məqsədilə basqın edildiyi deyilir. Cinayəti törədən şəxs və ya şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış qrupu yaradılıb. Hadisə yerinin müayinəsi aparılır. Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Esra Erol Zuhal Topalı təkrarlamadı: "Bunu etməyəcəyik"
Evlilik proqramları ilə bağlı qanunun sərtləşdirilməsindən sonra Zuhal Topal formatı dəyişərək imkansız cütlükləri evləndirəcəyini açıqlamışdı. Esra Erol isə heç bir dəyişiklik etməyəcəyini sərt şəkildə ifadə edərək yayıma olduğu kimi davam edəcəyini bildirib.
"Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" 1-ci panel
Bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dialoqun təşviqi və körpülərin qurulması: Zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr mövzusunda 1 ci plenar sessiya keçirilib.SİA-nın xəbərinə görə, sessiyaya BMT Sivilizasiyalar Alyansının (BMT SA) Ali nümayəndəsinin kabinet rəhbəri və sözçüsü Nihal Saad moderatorluq edib.
Baş Dövlət Yol Polisi İdarəsi İslamiada ilə əlaqədar müraciət edib
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) paytaxtın mərkəzi hissələrində yerləşən idarə, müəssisə, təşkilat rəhbərlərinə, habelə bu ərazilərdə müxtəlif sahələr üzrə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə müraciət edib.
Azərbaycana olan beynəlxalq maraq artır
Son günlər Azərbaycana yönəlik beynəlxalq diqqət artmağa başlayıb. Belə ki, son bir iki gün ərzində Qərbin 4 müxtəlif nümayəndəsi: ABŞ Etnik Anlaşma Fondunun prezidenti, NATO Baş Katibinin İctimai Məsələlər üzrə müavini, İSESKO-nun Baş Direktoru, BMT-nin Sivilizasiyalar üzrə ali nümayəndəsi ayrı-ayrılıqda dövlət başçısı İlham Əliyevin qəbulunda olublar.
Narkomaniyaya qarşı mübarizə yolları müzakirə edilib
Masallı Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Nadir Abıyev, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, Masallı Rayon Polis şöbəsinin rəis müavini, polis polkovniki Polad Qarayev, DTX-nın Masallı Rayon şöbəsinin əməkdaşı Rasim Nəsirov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Təhməzov, rayonun təhsil və səhiyyə işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.














