5 may – Xalçaçı günü

Xalça Muzeyində "Xalçaçı günü" peşə bayramı qeyd olunub. Bununla əlaqədar müasir xalçaçılığa həsr olunmuş dəyirmi masa və ustad dərsləri keçirilib. Muzeydən "Olaylar" - a bildirlib ki, tədbirlərdə 100-dən çox ölkəmizin qabaqcıl və fərdi fəaliyyət göstərən toxucuları, xalçaçı rəssam və ekspertləri, Rəssamlıq Akademiyasının müəllim-tələbə heyəti və bu sahədə çalışan digər mütəxəssislər iştirak ediblər.Dəyirmi masada xalçaçılığın bugünkü inkişafı, mövcud problemləri və onların aradan qaldırılması yolları, unudulmaqda olan toxuculuq texnikalarının tədqiqi və təbliği, gələcək nəsillərə çatdırılması, əl ilə toxunan xalçaların ölkə və dünya miqyaslı bazarlara çıxarılması, xalça toxucularının xammalla təmin olunması və Xalça Muzeyində unudulmaqda olan xovsuz və xovlu xalçaların texnologiyaları üzrə ustad dərsləri təşkil oluub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31