Azərbaycana olan beynəlxalq maraq artır

Son günlər Azərbaycana yönəlik beynəlxalq diqqət artmağa başlayıb. Belə ki, son bir iki gün ərzində Qərbin 4 müxtəlif nümayəndəsi: ABŞ Etnik Anlaşma Fondunun prezidenti, NATO Baş Katibinin İctimai Məsələlər üzrə müavini, İSESKO-nun Baş Direktoru, BMT-nin Sivilizasiyalar üzrə ali nümayəndəsi ayrı-ayrılıqda dövlət başçısı İlham Əliyevin qəbulunda olublar.

Bunu şərtləndirən amil uğurlu xarici siyasət kursudur

Son günlər Azərbaycana yönəlik beynəlxalq diqqət artmağa başlayıb. Belə ki, son bir iki gün ərzində Qərbin 4 müxtəlif nümayəndəsi: ABŞ Etnik Anlaşma Fondunun prezidenti, NATO Baş Katibinin İctimai Məsələlər üzrə müavini, İSESKO-nun Baş Direktoru, BMT-nin Sivilizasiyalar üzrə ali nümayəndəsi ayrı-ayrılıqda dövlət başçısı İlham Əliyevin qəbulunda olublar.

Maraqlıdır ki, Qərb uzun müddət soyuqluqdan sonra, Azərbaycana qarşı diqqətini artırır. Əks-qütb olan Rusiya tərəfdən isə, dünən Rusiyanın cənub məsələləri üzrə ideoloqu, prezident Putinin baş nəsləhətçisi A. Duqin gəlib. Görünən odur ki, Qərblə Rusiya Azərbaycan məsələsində heç də konkret razılaşdırılmış yekdil hərəkət etmirlər. Ölkənin ən ağrılı Qarabağ probleminin həllində nə, ATƏT-in Minsk Qrupu nə, başqa müstəvidə yekun qərara gələ bilmirlər. İndi də keçiblər ayrılıqda qütb şəkilli addımlara.

Birmənalı olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycana beynəlxalq səviyyədə marağın artması ilk növbədi ölkəmizin regiondakı yeri və rolu ilə bağlıdır. Məhz Azərbaycanın yerləşdiyimiz coğrafiyada oynadığı rol, aparıcı mövqeyə malikliyi istər-istəıməz Bakıya olan beynəlxalq diqqəti artırır. Özü də bu diqqət birtərəfli qayda yox, bütün parametrlər üzrə özünü göstərir. Azərbaycana olan beynəlxalq marağın artmasının vacib amili isə Bakının uğurlu xarici siyasət kursu həyata keçirərək bütün tərəflərlə bərabərhüquqlu əməkdaşlıq əlaqələri qurmasıdır. Azərbaycan öz uğurlu xarici siyasət kursu ilə həm Qərb, həm Avropa, həm də Rusiya və Şərqlə sıx münasibətlər qurur, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirir. Məhz bu istiqaməti, düşünülmüş siyasəti ilə ölkəmiz beynəlxalq birliyin maraq dairəsinə çevrilir, Azərbaycanı ayrı-ayrı dövlət və ölkələr özlərinin Cənubi Qafqazda etibarlı tərəfdaşı hesab edirlər. Elə millət vəkili Sevinc Fətəliyeva da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən müasir ölkədir. Millət vəkilinin sözlərinə görə, ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, demokratik təsisatların təşəkkül tapdığı müasir ölkədir: "Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan müstəqilliyə qovuşüb. Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub". Sevinc Fətəliyeva bildirib ki, məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayıb və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirib: "Heydər Əliyev dövlət başçısı və siyasi xadim kimi beynəlxalq vəziyyəti düzgün təhlil edərək, Azərbaycan dövlətinin müstəqilliyinin qorunması və inkişafı yolunda müstəqil siyasət aparmış və xalqı öz ətrafında birləşdirməyi bacarmışdır. Heydər Əliyevin əsas siyasi kursu da bu prinsiplər əsasında həyata keçirilirdi. Etnik, dini, dili, cinsi ayrı seçkilik salmadan Azərbaycan xalqının hər bir nümayəndəsinin rahat, azad və əmin-amanlıq şəraitində yaşaması üçün səy və bacarıqlarını əsirgəmir, bu istiqamətdə iqtisadi-siyasi, sosial-mədəni dövlət siyasətini həyata keçirirdi. Günü-gündən iqtisadi qüdrətini artıran, dünya gücləri qarşısında öz qamətini qürurla dik tutmağı bacaran gənc bir dövlətin həqiqi qurucusu və lideri Heydər Əliyevin sonrakı dövrlərdə həyata keçirtdiyi bütün islahatların kökündə də məhz bir amal, bir məqsəd dayanırdı: Hər bir azərbaycanlının müstəqil, sağlam və rahat yaşayışını təmin etmək. Bu məqsəd artıq reallığa çevrilib".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31