Gündəm

Tələbələrin əl işləri nümayiş etdirilib

5 May 2017 13:38

Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) “Zərgərlik məmulatları və bəzək əşyalarının hazırlanması” ixtisası üzrə istehsalat təcrübəsində olan tələbələrin əl işləri nümayiş etdirilib. Təhsil ocağının mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, istehsalat təcrübəsinin yekunlarına həsr olunan tədbirdə tələbələr əvvəlcə hesabatlarını təqdim ediblər. Daha sonra tələbələrin hazırladığı zərgərlik məmulatları və bəzək əşyalarına baxış keçirilib. Əl işləri kollecin müəllim və tələbə heyətində böyük maraq doğurub.

Beynəlxalq qurum tərəfindən BNA əməkdaşlarına sertifikatlar təqdim edilib

5 May 2017 13:36

Bakı Nəqliyyat Agentliyinin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə icrası peşəkar kadrlardan ibarət əmək kollektiv tərəfindən həyata keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, 90 % gənc kadrların təşkil etdiyi kollektivin peşəkarlıq səviyyəsinin artırılması Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir.

Qala-Pirallahı avtomobil yolunun 1 km-lik hissəsi yenidən qurulub

5 May 2017 13:35

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri tam olaraq yekunlaşıb.

Şagird sinifin ortasında sevdiyi qızı öldürdü - Son WhatsApp mesajı üzə çıxdı - VİDEO

5 May 2017 13:31

Türkiyənin Bursa şəhərinin mərkəzi Osmangazi mahalında lisey şagirdi eyni sinifdə oxuğu sevgilisini silahla öldürdükdən sonra öz başına atəş edərək intihara cəhd edib.   H.Ç. (16) səhər erkən saatlarında gəldiyi məktəbdə, aralarında problem olduğu öyrənilən sevgilisi Nilüfer Acarı (16) yanında gətirdiyi silahla hər kəsin gözləri qarşısında güllələyib. H.C daha sonra eyni silahı başına diriyərək özünü öldürmək istəyib.

Ağdamda GÜCLÜ YANĞIN: nişanlı qızın və gəlinin cehizləri kül oldu - VİDEO 

5 May 2017 13:27

Yanğın Mübariz Vəliyevə məxsus evdə baş verib. Gecəyarısı baş verən yanğın zamanı ailənin 7 üzvü evdə yatıbmış. Nəticədə 169 kv.m sahəsi olan ev bütün əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə gələn yanğınsöndürən briqadası yanğını söndürə biliblər. Ev sahibinin sözlərinə görə, ailə üzvlərini xilas etmək mümkün olsa da, nişanlı qızının və gəlininin bütün cehizləri yanıb. 

Vitse-spiker: "ATƏT PA-nın prezidenti payızda Azərbaycana səfər edə bilər"

5 May 2017 13:24

ATƏT Parlament Assambleyasının prezidenti Kristin Muttonen payızda Azərbaycana səfər edə bilər. Bunu Azərbaycan Parlamentinin vitse-spikeri Bahar Muradova deyib. Vitse-spikerin sözlərinə görə, daha öncə Muttonenin səfəri ATƏT Parlament Assambleyasının yay sessiyasına qədər planlaşdırılırdı, lakin sonradan tarix dəyişib. B.Muradova əlavə edib ki, səfərin daha dəqiq tarixi barədə danışıqlar hələ davam edir.

"Əməkdaşlıq olmadan terrorçuluqla mübarizədə qalib gələ bilmərik" - Elmar Məmmədyarov

5 May 2017 13:22

Biz Azərbaycanda multikultural dialoqa önəm veririk. Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov IV Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Dialoqun təşviqi və körpülərin qurulması: zorakı ekstremizmin qarşısını almaq üçün vasitələr" adlı panel müzakirəsində deyib.  

"Ərəb qadınları türk kişiləri görüb ərəblərə xəyanət edirdilər"

5 May 2017 13:21

Qədim tarixə malik olan Azərbaycan xalqının, antroploji özəllikləri, bir tip olaraq fərqlilikləri hamıya  maraqlıdır. Qədim daş dövründən başlayaraq, tarixin, demək olar ki, bütün dövrlərinə şahidlik etmiş əcdadlarımızdan qalan antropoloji qalıqlar öyrənilən zaman azərbaycanlıların özünəxas antropoloji xüsusiyyətlərinin olduğu üzə çıxıb. Bu haqda az sonra... 

"Qəbələ"nin zədəlisi qayıtdı

5 May 2017 13:18

"Qəbələ"nin müdafiəçisi Vitali Vernidub zədəsini sağaldıb. Bu barədə ukraynalı futbolçu özü məlumat verib. 30 yaşlı oyunçu hazırda "Qəbələ" ilə birlikdə Naxçıvanda olsa da, "Qarabağ"la keçiriləcək Azərbaycan kubokunun final matçında iştirak edə bilməyəcək.

Məktəbə raket atıldı: 18-i uşaq olmaqla, 81 nəfər öldü

5 May 2017 13:17

İraqın Mosul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyat zamanı böyük faciə yaşanıb. Şəhərinin qərbində gedən döyüşlərdən qurtulmaq üçün məktəbə sığınan mülki vətəndaşa qarşı raket bombalamasında 81 nəfər ölüb. İŞİD-in kontrolunda olan EL-Vela məktəbini hədəf alan raket zərbəsində 34 kişi, 29 qadın, 18 uşaq dünyasını dəyişib.  Hələlik məktəbi kimlərin bombaladığı bəlli deyil.

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir"

5 May 2017 13:16

Rusiya Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin həll edilməsi üçün əlindən gələni edir. Bunu  Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitriy Solovyov deyib. 

Rusiyanın sanksiyaları qaldırması Azərbaycana ixracata təsir etməyəcək

5 May 2017 13:10

Rusiyanın türk məhsullarına qarşı sanksiyaları qaldırması Azərbaycana ixracata təsir etməyəcək. Bunu Şərqi Qaradəniz İxracatçılar Birliyinin sədri Ahmet Hamdi Gürdoğan bu gün Azərbaycan-Türkiyə biznes-forumunda deyib. O bildirib ki, Türkiyə-Rusiya münasibətlərində yaşanan böhran müsbət nəticələr də verdi: "Böhran sonrası Rusiyanın aldığı sanksiya qərarları bizim Azərbaycan ərazisini istifadə etməklə Orta Asiyaya ixracat etməyimizin önünü açdı. Əslində, bu marşrut Rusiyadan Orta Asiyaya gedən marşrutdan çox qısa və sərfəlidir. Türk məhsullarına sanksiyaların götürülməsi bu marşrutun istifadəsinə təsir etməyəcək".

Ermənistanın keçmiş müdafiə naziri Rusiyaya qaçdı

5 May 2017 13:08

Ermənistanın keçmiş müdafiə naziri, "Ohanyan-Raffi-Oskanyan" parlament seçki blokunun liderlərindən biri olan Seyran Ohanyan Rusiyaya qaçıb. O, hazırda Moskvadadır. İnformasiyaya əsasən, keçmiş müdafiə naziri həbs ediləcəyindən ehtiyat edərək, Ermənistandan qaçaraq, Rusiyaya sığınıb. Məlumata görə, Seyran Ohanyan Ermənistana qayıtmayacağını bildirib.

Bakcell Cocuq Mərcanlıda şəbəkəsini gücləndirib

5 May 2017 13:06

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirilməyə başlayıb.