Gündəm

Bakı Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb

5 May 2017 13:02

IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimi başlayıb. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edir. Mərasimində prezident İlham Əliyev, YUNESKO-nun baş direktoru İrina Bokova, BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz  Əl-Nasser, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Kabinet rəhbəri Mario Lubetkin, BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyciri, Avropa Şurası baş katibinin müavini Gabriella Battaini-Dragoni çıxışları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş katibi Joze Graziano da Silvanın müraciətinin oxunması nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin sədri: “Konstitusiyaya dəyişikliklər Azərbaycanın inkişafı ilə bağlıdır”

5 May 2017 13:00

Bakıda “Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş dəyərlərin müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfrans keçirilib.

Qlobal neft bazarı yenidən çalxalanır

5 May 2017 12:57

Qlobal neft bazarı yenidən çalxalandı. Bu il ilk dəfə olaraq Brent markalı neftin bir barelinin qiyməti 50 dollardan aşağı düşdü. Əslində, son 2 ayda dünya neft bazarındakı balans “qara qızılın” qiymətinin azalacağına işarə verirdi. OPEC-in hasilatın azaldılması ilə bağlı razılaşması artıq bazara təsir imkanları məhdudlaşmaqdadır.

BMT baş katibinin ali nümayəndəsi: "Dünya Azərbayan prezidentinin təşəbbüsünü qəbul edir"

5 May 2017 12:53

"Dünya Azərbayan prezidentinin bu forumu keçirmək təşəbbüsünü qəbul edir və anlayır". Bunu BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbduləziz Əl-Nasser deyib. "Bakı prosesi təkcə mədəniyyətlərarası dualoqun təşviqi ilə məşğul deyil. Biz Azərbaycan höküməti və BMT qurumları ilə yanaşı, bunun bir hissəsi olmaqdan məmnunuq. Biz bu forumda həm Azərbaycan, həm də digər ölkələr və təşkilatların üzərinə götürdükləri öhdəliyin şahidiyiq".

Fransız deputat: “Bakı şopinq mərkəzinə çevrilir”

5 May 2017 12:52

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin Bakıda keçirilən Şopinq Festivalını Azərbaycan üçün “böyük üstünlük” sayır. 

Yağış yağacaq, dolu düşəcək, çaylarda suyun səviyyəsi artacaq - XƏBƏRDARLIQ

5 May 2017 12:51

Mayın 6-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci  yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 13-16° isti, gündüz 20-25° isti, Bakıda gecə  13-15° isti, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 760  mm civə sütunu, nisbi rütubət  70-80 % təşkil edəcək. 

Zərərçəkən: “MTN-də şərikimin həbs olunmaması üçün 150 min manata razılaşdıq”

5 May 2017 12:49

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayorElçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə mayın 4-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Sahib Qurbanov da ifadə verib.  S. Qurbanov bildirib ki, hədə-qorxu yolu ilə ondan külli miqdarda pul alıblar. Zaur Əzimov və Amil Yusifovla birlikdə siqaret satışı ilə məşğul olduğunu deyən zərərçəkən 2015-ci ilin yanvarında MTN-in Xəzər rayon şöbəsində Amil Yusifova məxsus siqaretlərin müsadirə edildiyini bildirib: “Onun cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı danışıq aparmaq üçün həmin şöbəyə getmişəm.

BQXK əməkdaşlarının Ağdamda ermənilər tərəfindən atəşə tutulması barədə xəbərlərə münasibət bildirib

5 May 2017 12:26

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz əməkdaşlarının ötən gün Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova həmin tarixdə təmsil etdiyi qurumun əməkdaşlarının Ağdamda olduğunu təsdiqləsə də, hədəfin onlar olmadığını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələrə həyata keçirir.

BMT Ümumdünya Turizm Təşkilatının baş katibi: “Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik”

5 May 2017 12:23

"Biz bu gün Azərbaycan prezidentindən mühüm mesajlar eşitdik". Bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində  BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai söyləyib. 

İSESCO-nun baş direktoru: "Bu gün Azərbaycan ahəngdarlıq ölkəsidir"

5 May 2017 12:21

"Bu gün Azərbaycan ahəngdarlıq, sülh, demokratiya və inkişaf ölkəsidir". Bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri söyləyib. İSESCO-nun baş direktoru bildirib ki, dünyaya sülh lazımdır: "Ancaq sülh fobiyalar, ədalətsizlik olduğu şəraitdə mümkün deyil. Super güclər yalnız öz maraqları üçün mübarizə apardıqları üçün buna nail ola bilmirik. Dağlıq Qarabağ münaqişəsi də bunu göstərir. Azərbaycanın ərazi bütövlüyü pozulub, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir. Bu gün Suriyada mədəni irs məhv edilir. BMT Təhlükəsizlik Şurası öz vəzifəsini yerinə yetirə bilmir".

Rusiya-Türkiyə yaxınlaşması erməniləri vahiməyə salıb ANALİTİKA

5 May 2017 12:19

“Rusiyanın dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşləri bir sıra diplomatik jestlərlə müşahidə olundu, konkret olaraq Türkiyəyə qarşı Rusiyanın tətbiq etdiyi sanksiyaların aradan qaldırılması, eləcə də energetika sahəsində əməkdaşlıq barədə razılaşmalar əldə olundu”. Bu barədə Ermənistanın 1in.am saytında Rusiya və Türkiyə dövlət başçılarının Soçidəki görüşlərini əks etdirən analitik yazıda qeyd olunub.

"Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində mühüm addımdır"

5 May 2017 12:18

"Bu Forum qlobal çağırışlara cavab verilməsi istiqamətində atılan mühüm addımdır. Çalışırıq ki, xalqlar arasında birliyi daha da gücləndirək". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl-Otaimin deyib. O, sülh mədəniyyətini təşviq etdiklərini bildirib: "Biz ictimai məlumatlılıq səviyyəsinin artmasına çalışmalıyıq. Çox şadam ki, İslam Əməkdaşlıq Təşkilatı da bu prosesə qoşulub. Biz ədavətə, ekstremizmə qarşı çıxır, qarşılıqlı anlaşmanı, mədəniyyəti təşviq edirik. İslam Əməkdaşlıq Təşkilatı bundan sonra da dinlər və sivilizasiyalar arasında dialoqa dəstəyi davam etdirəcək”.

Əbdüləziz Əl-Nasser: "Nailiyyətlərə nail olmaq üçün mədəni körpülərin qurulmasına diqqət yetirməliyik"

5 May 2017 12:16

"Biz hamımız əməkdaşlıq edərək, hədəf və məqsədlərə nail olmalıyıq. Biz hərbi münaqişələrin qarşısını almalıyıq". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində BMT baş katibinin Sivilizasiya Alyansı üzrə ali nümayəndəsi Nassir Əbdüləziz Əl-Nasser söyləyib.