BQXK əməkdaşlarının Ağdamda ermənilər tərəfindən atəşə tutulması barədə xəbərlərə münasibət bildirib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz əməkdaşlarının ötən gün Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova həmin tarixdə təmsil etdiyi qurumun əməkdaşlarının Ağdamda olduğunu təsdiqləsə də, hədəfin onlar olmadığını qeyd edib: “Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələrə həyata keçirir.

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) öz əməkdaşlarının ötən gün Ağdam istiqamətində ermənilər tərəfindən atəşə tutulması barədə məlumatlara münasibət bildirib. BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova həmin tarixdə təmsil etdiyi qurumun əməkdaşlarının Ağdamda olduğunu təsdiqləsə də, hədəfin onlar olmadığını qeyd edib: "Dağlıq Qarabağ münaqişəsi zonasında BQXK təmas xəttinə və Azərbaycan-Ermənistan sərhədinə yaxın ərazilərdə yaşayan mülki əhalini dəstəkləmək üçün müxtəlif humanitar layihələrə həyata keçirir.

Biz müntəzəm olaraq bu icmalara baş çəkir, cəbhə xəttinin hər iki tərəfində iş aparırıq. BQXK yerli orqanlarla birgə həyata keçirdiyi layihələrdən biri də Ağdam rayonunun Əhmədağalı kəndində artezian quyusunun təmiri ilə bağlı həyata keçirilən layihədir. Mediada olan məlumatla əlaqədar deyə bilərik ki, biz əməkdaşlarımızın 4 may tarixində orda olduğunu təsdiqləyirik. Lakin BQXK əməkdaşlarının və ya nəqliyyat vasitəsinin hədəf olduğunu bildirən heç bir əlamət və əsas yoxdur". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31