Gündəm

Ölkə rəhbəri: "Azərbaycan mədəniyyətlərarası dialoq rolunu oynamaqla fəxr edir"

5 May 2017 12:15

"Bu gün bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Azərbaycan prezidenti: "Əminəm ki, Forumda qəbul edilən qərarlar uğurla həyata keçiriləcək"

5 May 2017 12:14

"Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Azərbaycan enerji təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə 7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq, biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir". Bunu  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Politoloq: “Forumun təşkili ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”

5 May 2017 12:11

“Bu günlərdə Bakı şəhərində BMT, Avropa Şurası və  YUNESKO-nun, tərəfdaşlığı ilə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu nüfuzlu beynəlxalq təşkilatların ökəmizə olan diqqətin təzahürüdür”. Bunu politoloq Vasif Əfəndiyev deyib.

Azərbaycan prezidenti: "Əminəm ki, Forumda qəbul edilən qərarlar uğurla həyata keçiriləcək"

5 May 2017 12:06

"Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji əməkdaşlıq sazişi imzalayıb. Azərbaycan enerji təhlükəsizliyinə mühüm töhfə verir, Cənub Qaz Dəhlizi ilk mərhələdə 7 ölkəni birləşdirəcək. Bu ölkələr təbii tərəfdaşlarımız olacaq, biz qarşılıqlı surətdə bir-birimizdən asılı olacağıq. Azərbaycanın təşəbbüskarı olduğu layihələr Azərbaycanın beynəlxalq əməkdaşlığa və mədəniyyətlərarası dialoqa yatırdığı sərmayədir". Bunu  IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı: "Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb"

5 May 2017 12:05

"Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Ötən il müstəqilliyimizin bərpa olunmasının 25-ci ildönümü qeyd etdik. Bütün bunlar göstərir ki, taleyiniz öz əlinizdə olan zaman böyük uğurlara imza atırsınız. Yalnız azad olan zaman böyük uğurlar qazana bilərsiniz. Azərbaycan tarixində heç vaxt bu qədər güclü olmayıb. Azərbaycan dinamik inkişaf edən ölkədir, eyni zamanda köklərinə bağlıdır". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Politoloq: "Qazaxıstanın mövqeyi Azərbaycanın mövqeyinə ən yaxındır"

5 May 2017 12:02

"Qazaxıstan prezidenti N.Nazarbayev Azərbaycana səfər etdi. Prezident İlham Əliyevlə görüş zamanı qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə edildi. Qazaxıstanla Azərbaycan arasında heç zaman problem müşahidə olunmayıb". Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Musa Qasımlı: “Azərbaycan təcrübəsinin öyrənilməsi fayda verərdi”

5 May 2017 11:59

"Dünya nizamının az qala yox olduğu indiki dövrdə cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin dərin mənası, aydın məqsədi və ondan bəzilərinin alacağı böyük ibrət dərsləri vardır”.  Bunu millət vəkili, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib.

Tələbə lideri güllələndi

5 May 2017 11:51

Venesueladakı Milli Tələbə Mərkəzi Federasiyasının (Federacion de Centro de Estudiantes) Ansoateqi ştatındakı Politexnik Universitetindəki (Universidad Politecnica Territorial Jose Antonio Anzoategui, UPTJAA) təşkilatının rəhbəri Xuan Lopes güllələnərək qətlə yetirilib.

Sevgilsi haqda dedikləri SÖZLƏRƏ görə ailə üzvlərini qətlə yetirdi - VİDEO

5 May 2017 11:48

Türkiyənin Adana şəhərində sevdiyi qıza görə doğmalarını qətlə yetirən Denizhan Denerin cinayəti ilə bağlı şok detallar ortaya çıxıb. Adanada 36 yaşlı Denizhan Denerin sevgilisi ilə bir gün əvvəl dalaşdığı, qətliamın yaşandığı gün barışdığı ortaya çıxıb.

"Barselona" Türkiyədən üzr istədi

5 May 2017 11:46

"Barselona" klubu Türkiyə dövlətindən üzr istəyib. Katalonlar "Barca TV"də yayımlanan proqramların birində Türkiyə xəritəsində bəzi şəhərlərin göstərilməməsini texniki xəta ilə əlaqələndiriblər. Bu proqram efirə getdikdən sonra Türkiyənin Barselona konsulluğu öz etirazını bildirmişdi. "Barselona" ona tutulan iradı araşdırmış və bunun haqlı olduğunu müəyyən etmişdi.

Komodo əjdahası turistə hücum etdi

5 May 2017 11:41

İndoneziyanın şərqində turist varanlar fəsiləsindən nəhəng kərtənkələ olan Komodo əjdahasının hücumuna məruz qalıb. Komodo Milli Parkının nəzarətçilərinin sözlərinə görə, bu, son 5 ildə baş verən ilk insidentdir.

Xarici işlər katibi Təhminə Janjua: Pakistan Azərbaycanla əlaqələrin bütün sahələrdə inkişafına önəm verir

5 May 2017 11:40

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin yeni xarici işlər katibi xanım Təhminə Janjua ilə görüşüb. Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu bildirən səfir ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiyini qeyd edib. O, Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana səfərinin, eləcə də Pakistan Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin Azərbaycana səfərlərinin əlaqələrin inkişafına təkan verdiyini vurğulayıb.

Bakıda sürücünün tanışlıq təklifini rədd edən qadın vəhşicəsinə döyüldü, qulağı cırıldı

5 May 2017 11:38

Bakıda gecə saatlarında 41 yaşlı qadınla tanış olmaq istəyən şəxs onu döyüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, Füzuli meydanının qarşısında 1976-ci il təvəllüdlü Günay Qurbanova yolu piyada keçərkən "Mercedes" markalı avtomobilin sürücüsü tanış olmaq üçün ondan telefon nömrəsini istəyib.