Gündəm

Novruz Məmmədov: "AŞPA-nın Türkiyəyə qarşı münasibətini tamamilə ədalətsiz hesab edirik"

5 May 2017 11:36

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Türkiyəyə qarşı göstərdiyi bu münasibəti, əlbəttə ki, tamamilə ədalətsiz hesab edirik. AŞPA-nın Türkiyəni yenidən monitorinq altına alması ilə bağlı qərarı Avropada, Avropanın müəyyən strukturlarında gedən proseslərdir ki, bunlar bir əsas xətdə özünü göstərir.

Novruz Məmmədov: "Ermənsitan, hələ ki, öz mövqeyini dəyişmək istəmir"

5 May 2017 11:34

Ermənistan tərəfi özünü yenə də konstruktiv apara bilmir, vaxtı uzatmağa, status-kvonu saxlamağa var qüvvəsilə cəhd göstərir. Mənim təəssüratım, məndə olan məlumat budur.

Dövlət qurumlarından birində avtomobillərin sayı artırıldı

5 May 2017 11:33

Nazirlər Kabineti "Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti və məhkəmə orqanlarının aparatları (hərbi qurumlar, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat xidmətləri, hüquq-mühafizə və prokurorluq orqanları, rayon (şəhər) məhkəmələri istisna olmaqla), mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri, onların yanında, tabeliyində olan orqanlar, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin, dövlət xidmətlərinin aparatları və onların yerli bölmələri üçün xidməti minik avtomobillərinin say həddi (limiti)"ndə dəyişiklik edib.

Tramp İslam dünyasının liderləri ilə görüşmək niyyətindədir

5 May 2017 11:32

ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına rəsmi səfəri zamanı İslam dünyasının liderləri ilə görüşmək niyyətində olduğunu bəyan edib. 

İordaniyada Suriya qaçqınlarının düşərgəsində partlayış: 4 ölü

5 May 2017 11:25

İordaniyada Suriya qaçqınlarının düşərgəsində partlayıcı ilə doldurulmuş avtomobil patlayıb. Prtlayış nəticəsində 4 nəfər həlak olub.

""Real"da heç vaxt işləmərəm"

5 May 2017 11:24

"Barselona"nın sabiq futbolçusu Ronald Kuman "Real"da işləmək ehtimalını istisna edib. Hazırda "Everton"u çalışdıran holland mütəxəsis bunları deyib: "Real"da heç vaxt işləmərəm. Bu qeyri-mümkündür. Düzdür, "Real"a klub kimi hörmətim böyükdür. "Barcelona"da oyun tarixçəsi olan bir kəsin "Real"a getməsi istisnadır".

Britaniya polisi hava limanında terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb

5 May 2017 11:22

Britaniya polisi İstanbulda Londana gələn terrorçuluqda şübhəli bilinən şəxsi saxlayıb.  30 yaşlı kişi təyyarədən çıxan kimi Hitrou hava limanında polislər tərəfindən saxlanılıb.

Səudiyyə Ərəbistanı Suriyada "təhlükəsizlik zonalarının" yaradılmasını dəstəkləyib

5 May 2017 11:21

Ər-Riyad Suriyada "təhlükəsizlik zonalarının" yaradılması ideyasını dəstəkləyir.  Bunu Səudiyyə Ərəbistanı XİN rəhbəri Adel əl-Cubeyr deyib. Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı Astana görüşündə qəbul olunmuş plan barədə gələcək detalları gözləyir.

Venesuelada etiraz aksiyaları zamanı 35 nəfər həlak olub

5 May 2017 11:19

Venesuelada etiraz aksiyalarının ilk günündən (aprelin 4-ü) bu günə qədər 35 nəfər həlak olub, 717 nəfər xəsarət alıb.  Paytaxt Karakasda -18 nəfər, Karabobo ştatında - 6 nəfər, Larada - 5 nəfər, Merida ştatında - 2 nəfər, Miranda ştatında - 2 nəfər, Barinas ştatında - 1 nəfər, Taçira ştatında - 1 nəfər həlak olub.

Prezident İlham Əliyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib"

5 May 2017 11:18

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal platformaya çevrilib. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində söyləyib.

Prezident İlham Əliyev və xanımı IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər - YENİLƏNİB 

5 May 2017 11:15

Mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda "Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.