Avtobus kanala düşdü: 14 ölü, 28 yaralı
5 May 2017 10:11 DünyaHindistanın Uttar-Pradeş əyalətində sərnişin daşıyan avtobus bilinməyən səbəblərdən kanala yuvarlanıb. Hadisə nəticəsində avtobusun içərisində olan sərnişinlərdən 14-ü ölüb, 28 isə ağır xəsarət alıb. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil. Ehtimallara görə, sərnişinləri toydan gətirən sürücü ya yuxulu olub, ya da içkili.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31