Gündəm
Hüseyn Cavid Muğam Mərkəzində anılacaq
Son bir ayda 3 mindən çox elektron imza sertifikatı istifadəyə verilib
Ölkədə “Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən son bir ayda istifadəyə verilmiş elektron imza sertifikatlarının sayı 3 mindən çox olub. 2017-ci ilin təkcə aprel ayında 3486 elektron imza sertifikatı verilib ki, onların 766-sı dövlət qurumlarının, 2612-si hüquqi şəxslərin, 108-i isə fiziki şəxslərin payına düşür.
“Messenger Lite” proqramı istifadəyə verilib
“Facebook” şirkəti 150 yeni ölkədə “Messenger” əlavəsinin sadələşdirilmiş versiyasını istifadəyə verib. “Messenger Lite” adlanan versiya servisin mətnli məlumat, foto mübadiləsi, emodzi və stikerlər göndərmək, eləcə də qrup iştirakçılarının siyahısının redaktəsi kimi bütün digər imkanlardan yararlanmağa imkan verir. Proqramın tutumu 10 meqabayt təşkil edir. “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğular üçün nəzərdə tutulan əlavəni buradan yükləmək mümkündür.
“Microsoft” yeni “Windows” sistemində standart brauzeri dəyişdirməyə imkan vermir
“Microsoft” şirkəti istifadəçilərə “Windows 10 S” əməliyyat sistemində (ƏS) standart brauzeri dəyişdirməyi qadağan edib. Bu haqda yeni ƏS ilə bağlı FAQ bölməsində məlumat verilib.
Hamımız uşaqlara bunu edirik: sən demə, ƏSLA OLMAZMIŞ
Analar bəzən ağlayan uşağı susdurmaq və ya qorxutmaq üçün onu silkələyirlər. Həmçinin uşağı yatırmaq üçün də ayağın üstünə qoyub silkələyənlər var. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bunu qətiyyən etmək olmaz.
2017-ci ildə qlobal süni intellekt sistemləri bazarının həcmi 1,5 dəfə yüksələcək
“IDC” analitiklərinin proqnozuna görə, cari ildə dünyada koqnitiv sistemlər və süni intellekt sistemlərinin satış həcmi 59,3% yüksələrək 12,5 milyard dollar təşkil edəcək. Yaxın illərdə bu texnologiyalara yatırılan korporativ investisiyaların həcmi yüksək olacaq və bunun sayəsində artım tempi yüksək səviyyədə (ildə orta hesabla 54,4%) qalacaq.
“Google” istifadəçiləri təhlükə haqda xəbərdar edib
ABŞ-ın “Google” şirkəti “Gmail” elektron poçt istifadəçilərinə “Google Docs” “bulud” xidməti adından məktub göndərən fırıldaqçılar haqda məlumat verib. Belə məktublar zərərverici istinadlardan ibarətdir.
"WhatsApp”ın işində nasazlıq aradan qaldırılıb
Populyar “WhatsApp” messencerinin fəaliyyəti baş verən fasilədən sonra bərpa olunub. Bu barədə ixtisaslaşmış internet servisləri məlumat verib. Proqramın işində nasazlıq təxminən iki saat davam edib. Populyar internet resurslarını izləyən “Downdetector” xidmətinin məlumatına görə, nasazlığın qarşısı alınıb.
Rekord avtonom iş vaxtına malik noutbuk təqdim edilib
“Toshiba” şirkəti “Portege X30 Ultraportable” adlı noutbukunu satışa çıxarıb. Kompüterin ən güclü modeli qabaqcıl “Intel Core i7-7600U” prosessoru, 13,3 düymlük sensor ekran, 2 133 MHs takt tezlikli 16 QB-lıq DDR4 əməli yaddaşı və 512 QB SSD daşıyıcı ilə təchiz edilib. Yeni “Portege X30” noutbuku sifətin tanınması sistemi, barmaq izinin skaneri, “BitLocker” disklərin şifrlənməsi, smart kartları oxuma qurğusu, “Intel Authenticate” və “Trusted Platform Module” texnologiyaları daxil olmaqla əlavə təhlükəsizlik elementləri təklif edir.
Əbülfəs Qarayev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir"
"Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir". Bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziriƏbülfəs Qarayev deyib. Nazir bildirib ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir: "BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ildən Forumun təşkilatçıları sırasında iştirak etməsi mühüm faktdır. İnanıram ki, iki gün ərzində tədbir iştirakçıları Azərbaycanın qidasının da dadlı, təhlükəsiz olduğunun şahidi olacaqlar".
İnsan bədənindəki sirli "Konfutsi nöqtəsi" NƏ ÜÇÜNDÜR? - İNANILMAZ FAKTLAR
Son vaxtlar insanlar arasında xroniki stress daha çox vüsət alır. Onu XXI əsrin əsas bəlalarından biri adlandırmaq olar. Adətən xroniki stress tədricən inkişaf edir, aylarla, hətta illərlə davam edə bilir. Nəticə etibarı ilə həyat keyfiyyətini korlayır və orqanizmin işində problem yaradır.
Azərbaycan, Türkiyə və Gürcüstanın yüksək rütbəli hərbçiləri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər
Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin üçtərəfli formatda keçirilən əvvəlki görüşlərində əldə edilmiş razılığa əsasən, Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin növbəti mərhələsi hər üç ölkənin yüksək səviyyəli müşahidəçilərinin iştirakı ilə keçirilib.
“Gənc muzeyşünaslar və muzeysevərlər” klubu açıldı
Neslihan dodağındakı döyməsindən danışdı
Xəbər verdiyimiz kimi, Kənan və Kadir Doğuluların bacısı Asumanın xına gecəsi keçirilib. Məkandan çıxarkən Kadir və xanımı Neslihan Atagül jurnalistlərin suallarını cavablandırıblar.
İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var
İspaniyanın paytaxtı Madrid yaxılığında kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Partlayışdan sonra yanğın başlayıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.














