"WhatsApp”ın işində nasazlıq aradan qaldırılıb

Populyar “WhatsApp” messencerinin fəaliyyəti baş verən fasilədən sonra bərpa olunub. Bu barədə ixtisaslaşmış internet servisləri məlumat verib.  Proqramın işində nasazlıq təxminən iki saat davam edib. Populyar internet resurslarını izləyən “Downdetector” xidmətinin məlumatına görə, nasazlığın qarşısı alınıb.

Populyar "WhatsApp" messencerinin fəaliyyəti baş verən fasilədən sonra bərpa olunub. Bu barədə ixtisaslaşmış internet servisləri məlumat verib.  Proqramın işində nasazlıq təxminən iki saat davam edib. Populyar internet resurslarını izləyən "Downdetector" xidmətinin məlumatına görə, nasazlığın qarşısı alınıb.

Bundan başqa, "Reuters" agentliyi şirkətin mətbuat xidmətinə istinadən proqramın işində problemin aradan qaldırılmasını bildirib. "Biz problemi aradan qaldırdıq və narahatlığa görə üzr istəyirik", - agentlik "WhatsApp" mətbuat xidmətinə istinadən məlumat verib.
Servisin işində nasazlıqlar Azərbaycan, Rusiya, ABŞ, Avropa və Braziliyada qeydə alınıb. "ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31