İspaniyada kimya müəssisəsində PARTLAYIŞ - Yaralılar var
İspaniyanın paytaxtı Madrid yaxılığında kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Partlayışdan sonra yanğın başlayıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
4 May 2017 19:08 Dünyaİspaniyanın paytaxtı Madrid yaxılığında kimya müəssisəsində baş verən partlayış nəticəsində 30 nəfər xəsarət alıb. Partlayışdan sonra yanğın başlayıb. Yaralılardan üçünün vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edilir ki, yanğınsöndürənlər yanğını tam söndürə bilməsələr də, artıq vəziyyətə nəzarət olunur. Yanğın İspaniya paytaxtından cənubda sənaye zonasında yerləşən müəssisədə baş verib. Madrid muxtar hakimiyyəti yanğınla bağlı yaranmış şəraitin sakinlərin səhhəti üçün təhlükəli olmadığını bəyan ediblər. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31