Gündəm
Helikopter qəzaya uğradı - Ekipajın taleyi məlum deyil
Başqırdıstanda meşə yanğınları ilə bağlı vəziyyətin monitorinqini həyata keçirən helikopter qəzaya uğrayıb. Helikopter yaşayış məntəqəsindən 30 km məsafədə qəzaya uğrayıb. Regionun Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, helikopterdə 3 heyət üzvü olub. İlkin məlumata görə, onların 3-ü də həlak olub. Hazırda heyət üzvlərinin axtarışları davam etdirilir. Qəzanın baş vermə səbəbləri məlum deyil.
Hadisə naməlum kişi ilə HOTELDƏ YAXALANDI
Müğənni Hadisə sevgilisi ilə hoteldə görüşən zaman görüntülənib. Maldiv adaları və Dubaydan qayıdan müğənni VIP mikroavtobusuyla Nişantaşında bir restorana gedib. İfaçı restoranda yol boyu onu “Mercedes” markalı maşınla təqib edən bir bəylə görüşüb. Cütlük restoranın terrasında yemək yeyib. Yanlarında Hadisənin bacısı Hülya Açıkgöz də olub. Hadisə jurnalistlərin “ Sevgilizniz, yoxsa iş görüşməsidir?” sualına cavab verməyib.
“Tour d’Azerbaidjan-2017”nin 2-ci günündə "Synergy Baku" üçün 3 fəxri kürsü
Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun 2-ci günü Azərbaycanın "Synergy Baku" kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 km-lik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.
ADU-da “Sənət, peşə seçimində gender bərabərliyi” mövzusunda seminar keçirilib
Mayın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) Fransa Məlumat Mərkəzində Bakı Fransız Liseyinin direktoru Filip Siro (Philippe Cirot) və liseyin müəllimi Jan Lük Dubröyun (Jean Luc Dubreuil) iştirakı ilə “Sənət, peşə seçimində gender bərabərliyi” mövzusunda seminar keçirilib.
ADU-da Şərq və Qərb ölkələri arasında psixoloji fərq müzakirə olunub
Mayın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “Şərq və Qərb ölkələri arasında psixoloji fərq” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) mətbuat xidmətinin əməkdaşı, ADU-nun Filologiya və Jurnalistika fakültəsinin 140-cı qrup tələbəsi Lalə Əsədova və “Loqos” psixoloji və nitq inkişaf mərkəzi, eyni zamanda Psixoloji xidmət və tədqiqatlar İctimai Birliyinin marketinq və planlaşdırma üzrə direktoru Günel Axundovanın birgə təşkilatçılığı ilə baş tutub.
Ana olan müğənnidən xəbər var - FOTO - VİDEO
Ana olduğu üçün sənətinə fasilə verən müğənni Aytac Vidadiqızı ana olduqdan sonar ilk mahnısını təqdim edib.
İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının təqvimi dəqiqləşib
Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutacaq boks yarışlarının təqvimi dəqiqləşib. “Bakı Kristal Zal-2”də təşkil olunacaq yarış mayın 12-də başlayacaq.
ADU-da yazıçı Anarın ingilis dilinə tərcümə edilmiş kitablarının təqdimat mərasimi keçirilib
Mayın 4-də Azərbaycan Dillər Universitetinin (ADU) təşkilatçılığı ilə universitetin İnformasiya Resurs Kompleksində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, ssenarist, Xalq yazıçısı Anarın ingilis dilinə tərcümə edilmiş və “Azerbaijan International” jurnalının təşəbbüsü ilə Amerika Birləşmiş Ştatlarında iki cilddə nəşr edilmiş “Dantenin yubileyi” və “Otel otağı” kitablarının təqdimat mərasimi keçirilib.
"Bakı prosesi mədəniyyətlərarası dialoqa öz töhfəsini verir"
"Bakı prosesi ilk başlandığı gündən mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Builki forumdan da gözləntimiz budur". SİA-nın xəbərinə görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Baş katibinin müavini Əmr Abdel Ghaffar IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Tour d’Azerbaidjan-2017" veloyürüşünün iştirakçıları Şamaxıda
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı, Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş "Tour d’Azerbaidjan-2017" beynəlxalq veloyürüşünün iştirakçıları Şamaxı rayonu ərazisindən keçmişlər.
NATO baş katibinin müavini: "Azərbaycan çox dəyərli tərəfdaşdır"
"Azərbaycan NATO üçün çox dəyərli tərəfdaşdır". Bunu Bakıda səfərdə olan NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldem deyib. İlk dəfədir bu vəzifədə Bakıya səfər etdiyini söyləyən türkiyəli T. İldem bildirib ki, alyans Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilir
017-ci il 2-5 may tarixlərində Azərbaycan Coğrafiya Cəmiyyəti və Türkiyənin T.C. Ege Üniversitəsi Ədəbiyyat fakültəsi coğrafiya bölümünün birgə təşkilatçılığı ilə Birinci Azərbaycan-Türkiyə Coğrafiya Günləri keçirilir.
Nəsimi rayonunda II Dünya Müharibəsində tarixi Qələbənin 72-ci ildönümü qeyd olunmuşdur
II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər, rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.
Astara rayonunda çayçılıq və arıçılığın inkişafı təşviq olunur
Mayın 4-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu Astara rayonunda keçirib.
Abituriyentlər üçün NÖVBƏTİ ŞANS
Dövlət İmtahan Mərkəzi ali məktəblərə və kolleclərə elektron ərizə qəbulunda iştirak etməyən və ərizə düzəlişlər etmək istəyən abituriyentlərə müraciət edib. Mərkəzdən bildirilib ki, abituriyentlərin çoxsaylı müraciətləri və ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının bu ildən etibarən iki dəfə keçirilməsini nəzərə alınaraq 4-22 may tarixlərində bəzi kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv olacaq.



.jpg)










