Gündəm

UNESCO baş katibinin müavini: “Bakıya danışmağa gəlməmişik, artıq əməllərə keçmişik”

4 May 2017 18:09

“Bu il keçirilən Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun cədvəlində əsas tədbirə çevrilib”. Bunu UNESCO baş katibinin müavini Nada əl-Naşif IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününə həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Bakı forumu UNESCO mandatı ilə üstə-üstə düşür. "Biz danışmağa gəlməmişik, artıq əməllərə keçmişik”, - deyə o vurğulayıb. Nada əl-Naşifin sözlərinə görə, Mədəniyyətlərarası Dialoq Forumu böyük bir tədbirə çevrilib.

Nazir: "Bu il məşğulluq xidmətləri və işsizlik müavinəti sistemi avtomatlaşdırılacaq"

4 May 2017 18:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin elektron müstəvidə şəffaflaşdırılması istiqamətində aparılan islahatların növbəti mərhələsi kimi, nazirliyin digər fəaliyyət sahəsinin - məşğulluq xidmətləri və işsizlik müavinəti sisteminin də avtomatlaşdırılması işləri aparılır.

Nazir: "Ermənistanı da Foruma dəvət etmişdik"

4 May 2017 18:01

"Dağlıq Qarabağ münaqişəsi bütün Forum iştirakçılarına yaxşı məlumdur. Biz beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanı da bu Foruma dəvət etmişdik. Təəssüf ki, Ermənistan hələ belə müzakirələrə hazır deyil".

İslam Həmrəyliyi Oyunları ilə bağlı Səhiyyə Nazirliyində fasiləsiz fəaliyyət göstərən qərargah yaradılıb

4 May 2017 17:46

Mayın 12-dən 22-dək keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına Səhiyyə Nazirliyi tərəfindən hazırlıq işləri davam edir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, iştirakçı idmançılara və qonaqlara lazımi tibbi xidmətlərin vaxtında göstərilməsini təmin etmək və bu müddət ərzində yarana biləcək hər hansı halı operativ həll etmək məqsədi ilə Səhiyyə Nazirliyində 24 saat fasiləsiz fəaliyyət göstərən Qərargah yaradılıb. Oyunlar zamanı Bakıya gələcək qonaqlar üçün səhiyyə məsələləri ilə bağlı məlumat hazırlanıb və IV İslam Həmrəyliyi Oyunlarının rəsmi internet səhifəsində yerləşdirilib.

İyun ayının QEYRİ-İŞ GÜNLƏRİ açıqlandı

4 May 2017 17:45

İyun ayının qeyri-iş günləri açıqlanıb. Bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən əlavə qeyri-iş günü olacaq. Nazirlər Kabinetindən ildirilib ki, 26 iyun - Silahlı Qüvvələr Günü, 26-27 iyun Ramazan bayramı günü münasibətilə qeyri-iş günüdür.

Bakı-Tbilisi-Bakı sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

4 May 2017 17:38

Yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarının və 38/37 saylı Bakı-Tbilisi-Bakı beynəlxalq sərnişin qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, hərəkət cədvəlində dəyişiklik dəmir yolunun Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri ilə əlaqədardır. Qatarların hərəkət cədvəlində dəyişiklik mayın 15-dən tətbiq olunacaq.

Nərimanov rayonunda “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib

4 May 2017 17:38

Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Xocalı Soyqırımının tanınmasına dair petisiyanı dəstəkləyək

4 May 2017 17:35

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün 2017-ci il mart ayının əvvəlindən başlayaraq petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb. Petisiyada faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırımı aktı kimi qiymətləndirilməsi çağırış olunur. Bu petisiya həm də Rusiyanın Dövlət Dumasında faciənin soyqırımı kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir. Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.

Cahangir Hacıyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesinin keçirilmə vaxtı məlum olub

4 May 2017 17:28

"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmənin başlama vaxtı məlum olub. Vəkil Aqil Layıcovun verdiyi məlumata görə, apellyasiya şikayəti üzrə məhkəmə prosesi mayın 5-də Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. İclasa hakim Əflatun Qasımov sədrlik edəcək. 

Sabahdan qadağalar başlayır: Kimlərə güzəşt olacaq?

4 May 2017 17:25

May ayının 5-dən etibarən bu zolaqdan yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək. 

Sahib Ələkbərov: “Qələbəmiz bütün dünya ictimaiyətinin diqqətini Azərbaycan cəlb edir”

4 May 2017 17:23

“Tour d’Azerbaidjan-2017”nin 2-ci mərhələsi də dünənki mərhələ kimi uğurla başa çatdı. Dağlıq ərazilərin çox olduğu 187 km məsafəni idmançılarımızın hamısı heç bir problemlə üzləşmədən başa vurdular. Güclü olan velosipedçilər isə qalib gəldilər”. Bunu jurnalistlərə açıqlamasında “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov deyib.

Mədəniyyətlərarası Dialoq Forumu ənənəvi xarakter almalıdır

4 May 2017 17:21

"Son zamanlar dünyada münaqişələrin artması, miqrant problemləri, irqi və dini dözümsüzlük müxtəlif ölkələr və xalqlar arasında ziddiyyətlər yaradıb". Bu sözləri millət vəkili Tahir Mirkişili deyib.

Baş allerqoloq: "Azərbaycanda əhalinin 5-8 faizi bronxial astmadan əziyyət çəkir"

4 May 2017 17:16

“Astma geniş yayılmış xəstəliklərdən biridir və hazırda dünyada 150 milyon nəfər bronxial astmadan əziyyət çəkir. Təxmini hesablamalara görə, ölkəmizdə xəstəliyə yoluxma faizi əhalinin 5-8 faizi civarındadır”. Bunu Səhiyyə Nazirliyinin baş allerqoloqu, professorCəbrayıl Məmmədov keçirdiyi mətbuat konfransında deyib.

Mehriban Əliyeva Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışında iştirak edib

4 May 2017 17:12

Mayın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əsas tədris korpusunun əsaslı təmirdən sonra açılışı olub.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva açılışda iştirak edib.