Nərimanov rayonunda “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda tədbir keçirilib
Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Heydər Əliyev və Müstəqil Azərbaycan” mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
4 May 2017 17:38 SosialNərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə "Heydər Əliyev və Müstəqil Azərbaycan" mövzusunda rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında inşa müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. "OLAYLAR"-ım GİN-ə istinadən verdiyi xəbərə görə, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, orta ümumtəhsil məktəblərinin müəllim heyəti və 50 nəfər şagird iştirak ediblər. Mükafatlandırma mərasimini giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında danışıb. Sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi yolunda müdrik və qətiyyətli addımlar atmasından söz açıblar. Sonda inşa müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər İdarə tərəfindən müxtəlif dərəcəli diplom, medal və hədiyyələr ilə təltif olunublar.